XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



26 Iyul
2021
15:53
1257
26
Iyul
15:53



Serbiyalı futbolçu: "Sumqayıt"la cavab matçında soyuqqanlı olmalıyıq"

"Sumqayıt"la oyunda qol imkanlarını əldən verdiyimiz üçün təəssüflənirik. Hesab edirəm ki, qələbəyə layiq idik. Çünki oyuna biz nəzarət edirdik. Topun qapıdan keçmədiyi matçlardan biri oldu".

Xeberoxu.Az-in məlumatına görə, bu fikirləri Serbiya "Çukariçki"sinin futbolçusu Nikola Çoliç klubun rəsmi saytına açıqlamasında evdə "Sumqayıt"la qolsuz heç-heçə etdikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu barədə danışarkən deyib.

19 yaşlı yarımmüdafiəçi Azərbaycan təmsilçisindən daha yaxşı kollektiv olduqlarını bildirib: "Sadəcə, bunu meydanda sübut etmək lazımdır. Xeyli qol şansımız olsa da, soyuqqanlılıq çatmadı. Cavab matçında bunun öhdəsindən gələ və imkanlardan yararlana bilsək, problem olmayacaq".

Serbiyalı gənc oyunçu onları gözləyən çətinlikdən xəbərdar olduqlarını söyləyib: "Bizi nə gözlədiyini, uzaq məsafə qət edəcəyimizi və Azərbaycandakı hava şəraitinin necə olduğunu bilirik. Amma hər şeyə hazırıq. Sakitcə qarşıdakı oyuna köklənirik. İnanıram ki, bizi heç nə təəccübləndirə bilməz. Hazırda bütün diqqətimiz avrokuboklara yönəlib. İlk görüşdəki səhvlərimizi düzəltməliyik. Bizə daha çox konsentrasiya lazımdır. Yalnız bu oyundan sonra potensial rəqiblərimiz barədə düşünə bilərik".

Qeyd edək ki, iyulun 29-da Sumqayıtdakı "Kapital Bank Arena"da keçiriləcək cavab matçı saat 20:00-da başlayacaq. Bu cütün qalibi III raundda “Hammarbü” (İsveç) - “Maribor” (Sloveniya) cütünün güclüsü ilə qarşılaşacaq.

Xeberoxu.az

 



ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Biləsuvarda “patı” əməliyyatında 7 nəfər saxlanılıb - VİDEO








Zeynəb Xanlarovanın bacısı oğlunun məhkəməsindən əvvəl təqsirləndirilən şəxsin səhhəti pisləşib








Sumqayıtda əməliyyat keçirilib, “Doktor Vüqar” və daha iki nəfər saxlanılıb








Kəlbəcər rayonuna icazəsiz keçmək istəyən şəxslər saxlanılıb



Digər İdman xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə


[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.