XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



24 Iyul
2021
15:22
1036
24
Iyul
15:22



32 nəfər direktor vəzifəsinə təyin olunmaq şansı qazanıb

Direktor vəzifəsinə işə qəbul üzrə müsahibələrin ilkin mərhələsində 132 namizəd iştirak edib. Onlardan 32 nəfəri müsahibə komissiyasının rəyinə əsasən uğur qazanıb.

Təhsil Nazirliyindən verilən məlumata görə, iyul ayının 23-dən etibarən həmin namizədlərlə adaptasiya proqramına start verilib və Bakı şəhər 18 nömrəli tam orta məktəbdə Təhsil Nazirliyinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə görüş keçirilib. Görüşdə müsahibə mərhələsinin nəticələri, namizədlərdən gözləntilər və adaptasiya proqramının məqsədi barədə müzakirələr aparılıb.

İyulun 24-dən etibarən isə “Məktəb idarəçiliyinin ümumi əsasları”, “Təhsilin keyfiyyətinin artırılması və məktəb direktorlarının rolu”, “Strateji və operativ planlaşdırma”, “Məktəbdə öyrədici mühitin yaradılması”, “Məktəbdaxili monitorinq sistemi”, “Şagird nailiyyətlərinin qiymətləndirilməsi”, “Məktəbdə maliyyə məsələləri, əmək haqqı və tarifikasiya cədvəllərinin hazırlanması” və s. mövzularda təlimlər keçiriləcək.

Adaptasiya proqramı başa çatdıqdan sonra namizədlərlə növbəti tədris ilindən müddətli əmək müqaviləsi bağlanılacaq.

Xeberoxu.az

 



ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Biləsuvarda “patı” əməliyyatında 7 nəfər saxlanılıb - VİDEO








Zeynəb Xanlarovanın bacısı oğlunun məhkəməsindən əvvəl təqsirləndirilən şəxsin səhhəti pisləşib








Sumqayıtda əməliyyat keçirilib, “Doktor Vüqar” və daha iki nəfər saxlanılıb








Kəlbəcər rayonuna icazəsiz keçmək istəyən şəxslər saxlanılıb



Digər Cəmiyyət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə


[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.