28 Iyun
2020
18:56
3955

28
Iyun
18:56



Deputat: Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsü beynəlxalq ilklərdən biridir

Prezident İlham Əliyevin BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə COVİD-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təklifinin dünyanın 130-dan çox ölkəsi tərəfindən dəstəklənməsi beynəlxalq aləmdə ölkəmizə olan böyük etimadın daha bir göstəricisidir.

XeberOxu.Az-ın məlumatına görə,bunu  Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

S.Hüseynova bildirib ki, dünya ölkələri bu təşəbbüsü vaxtında və çox ehtiyac duyulan bir təşəbbüs kimi dəyərləndirirlər:
“Bu, beynəlxalq səviyyədə Azərbaycana olan yüksək etimadın və hörmətin növəti bir göstəricisidir. Bu həm də onu göstərir ki, Azərbaycan beynəlxalq aləmdə ən nüfuzlu ölkələrdən biri kimi qəbul edilir və cənab Prezident İlham Əliyev qlobal düşüncəyə, qlobal baxışa və qlobal liderliyə malik olan bir dövlət başçısıdır.

Bildiyiniz kimi COVİD-19 pandemiyası II Dünya Müharibəsindən sonra bəşəriyyətə ən böyük faciə yaşadan bir bəladır və bu qlobal bəlaya da qlobal səviyyədə qiymət verilməli və bu bəladan çıxış yolları qlobal səviyyədə axtarılmalıdır.
Pandemiyanın ilk günlərindən Azərbaycan həm ölkə ərazisində, həm də regional və beynəlxalq səviyyədə çoxşaxəli fəaliyyət göstərib. Azərbaycan tək ölkə daxilində deyil, beynəlxalq səviyyədə də bu bəlaya qarşı mübarizədə fəal iş aparıb, o cümlədən 30-dan artıq ölkəyə yardımar göstərib, Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə edib”.

Deputat vurğulayıb ki, koronovirus pandemiyası real təhdidə çevrilməyə başlayanda buna qarşı birgə tədbirlər almaq üçün ilk dəfə Prezident İlham Əliyev beynəlxalq tədbirin keçirilməsi təşəbbüsü ilə çıxış edərək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri statusunda bu təşkilatın dövlət və hökumət başçıları səviyyəsində aprel ayında fövqəladə Zirvə görüşü keçirdi:

“Eyni zamanda cənab Prezident İlham Əliyevin 120 ölkəni özündə birləşdirən və beynəlxalq aləmdə 2-ci yerdə dayanan Qoşulmama Hərəkatının sədri kimi təşəbbüsü ilə 2020-ci il mayın 4-də QH-nin Təmas Qrupunun COVİD-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə Görüşü təşkil edildi. Bu tədbirdə Qoşulmama Hərəkatı üzv dövlətləri ilə yanaşı BMT-nin Baş Katibi, BMT Baş Assambleyasının Prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələri də iştirak etdilər”.

Deputat əlavə edib ki, BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüs bütün dünyadan dəstək aldığı halda buna qarşı çıxış edən yeganə dövlət Ermənistan oldu:

“Bütün dünya COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etdi və bir daha özünün iç üzünü nümayiş etdirdi. Bütün dünya bir daha Ermənistanın əsl irticaçı mahiyyətinin şahidi oldu”.

S.Hüseynova bildirib ki, Azərbaycan beynəlxalq aləmdə bir çox ilklərə imza atıb: “Cənab Prezidentin bu təşəbbüsü də həmin ilklərdən biridir ki, beynəlxalq aləm tərəfindən böyük dəstək qazandı”.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Ölkədə saxta tibbi maskalar yayılıb







“Virtual məktəb”də şagirdlər üçün məktəbdənkənar dərnəklər keçiriləcək







Nazirlik ağac kəsənlərlə bağlı polisə müraciət etdi







AZAL iyulun 4-də İstanbula əlavə xüsusi reys yerinə yetirəcək -VİDEO


Digər Siyasət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.