Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



01 Okt
2019
14:43
459

01
Okt
14:43



Deputat: Qarabağ qaziləri heç bir şəkildə dövlətə qarşı zorakılıq alətinə çevrilə bilməz

Azərbaycan dövləti daim Qarabağ qazilərini diqqət mərkəzində saxlayır, onların qayğısına qalır, veteranlarımızın, qazilərimizin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı şəkildə siyasət həyata keçirir.

Xeberoxu.Az xəbər verir ki,bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu özlərini Qarabağ əlili kimi təqdim edərək SOCAR-ın Neft Kəmərlərinin Mühafizə İdarəsinin əməkdaşlarına xəsarət yetirən şəxslərin qeyri-qanuni hərəkətlərinə münasibət bildirərkən deyib.

Deputatın sözlərinə görə, cəmiyyətdə insanlar müxtəlif statusa malikdirlər. Hər sosial təbəqənin, status daşıyıcısının dövlət qarşısında öz vətəndaşlıq vəzifələri var:

"Dövlət - vətəndaş münasibətlərində ən mühüm məsələ ondan ibarətdir ki, dövlət vətəndaşları qarşısında öz öhdəliklərini yerinə yetirdiyi, onları müdafiə etdiyi, qayğısına qaldığı kimi, vətəndaş da öz vəzifələrini yerinə yetirsin. Bu isə sadəcə bir düsturdan ibarətdir ki, vətəndaş dövlətin qoyduğu qanunları pozmasın. Əks təqdirdə, cəmiyyətdə bir nizamsızlıq yaranar. Beləliklə, bu gün öz qazisini müdafiə edən dövlət sabah zəif vəziyyətə düşə bilər. Ölkədə xaos yarana bilər. Mən düşünürəm ki, vəziyyətin bu cür olmasını hər şeydən öncə Qarabağ qaziləri istəməzlər. Çünki onlar Vətənin, torpağın nə olduğunu digər vətəndaşlardan daha çox dərk edirlər. Azərbaycanın ərazi bütövlüyü üçün, Vətən torpaqlarının qorunması üçün sağlamlıqlarının bir qismini qurban veriblər, özlərini fəda ediblər”.

Hikmət Babaoğlu xatırladıb ki, Azərbaycanın brendi hesab olunan SOCAR həm də ölkəmizin ən böyük şirkətidir. Enerji sektorunda Azərbaycanın enerji siyasətini həyata keçirən mühüm bir şirkətdir:

"Əlbəttə ki, SOCAR-ın ərazilərində qeyri-qanuni tikintinin aparılması nəticə etibarilə, bu şirkətin fəaliyyətinə əngəllər törədə bilər. Yaxud o şirkətin fəaliyyətinin effektivliyini aşağı sala bilər. Nəzərə almaq lazımdır ki, məhz SOCAR-ın əldə etdiyi gəlirlər Azərbaycanın sosial sahədə həyata keçirdiyi siyasətin ciddi maliyyə əsaslarını təşkil edir. Heç şübhəsiz ki, gəlirlərin böyük bir qismi də Qarabağ veteranlarının, qazilərimizin, şəhid ailələrinin sosial müdafiəsinə xərclənir. Bu şirkətə qarşı münasibətdə hər bir vətəndaşın qanun çərçivəsində hərəkət etməsi vacibdir. Bəzi qruplaşmalar vardır ki, ayrı-ayrı vaxtlarda xüsusi statusu olan müəyyən təbəqəni dövlətə qarşı yönləndirməyə cəhd edir. Biz dəfələrlə şahidi olmuşuq ki, Qarabağ veteranlarından istifadə edərək təxribatlara əl atmaq cəhdləri olub. Dövlət tərəfindən bunun qarşısı alınıb. Mən düşünürəm ki, SOCAR kimi milli şirkətimizə qarşı aparılan belə kompaniya nə Azərbaycanın, nə də Qarabağ qazilərinin lehinədir. Qarabağ qaziləri heç bir şəkildə dövlətə qarşı zorakılıq alətinə çevrilə bilməz. Çünki onların ən böyük hamisi elə dövlətdir. Sadəcə, bu məsələdə qazanan tərəf Azərbaycanı sevməyən qüvvələr ola bilər ki, qazilərimiz də, biz də buna fürsət verməməliyik".

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda silsilə oğurluqlar edən Ağdaş sakini saxlanıldı







Bakı Dövlət Sirki köçür?







DİN qanunsuz aksiya keçirmək istəyənlərə xəbərdarlıq edib - VİDEO







Baş həkim Xocavənd RİH əməkdaşının ölüm SƏBƏBİNİ açıqladı


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az