Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



05 Dek
2019
17:21
411

05
Dek
17:21



BDU-da Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Haulin Jao ilə görüş keçirilib

Bakı Dövlət Universitetində (BDU) Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) baş katibi Haulin Jao ilə görüş keçirilib.

BDU-dan XeberOxu.Az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan rektor Elçin Babayev Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşdırılmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Haulin Jaonu 100 illik tarixi olan Bakı Dövlət Universitetində görməkdən məmnunluğunu ifadə edib. Elçin Babayev Azərbaycanda telekommunikasiya sahəsində mövcud vəziyyət, eyni zamanda qarşıya qoyulmuş vəzifələr barədə məlumat verib. Bakıda keçirilən XXV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi – “Bakutel-2019” sərgisinin əhəmiyyətini vurğulayan rektor, artıq ənənəyə çevrilmiş sərgiyə, bu il daha çox ölkənin qatıldığını vurğulayıb. Bildirib ki, informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı gənclərin həyatında eləcə də beynəlxalq əlaqələrin intensivliyinin artmasında mühüm rol oynayır.

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə çıxış edərək Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqının 193 üzvündən biri olduğunu bildirib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci vitse- prezident Mehriban xanım Əliyevanın “Bakutel-2019” sərgisini ziyarət etdiyini diqqətə çatdırıb. Elmir Vəlizadə həmçinin Azərbaycanın BTİ-də yüksək səviyyədə təmsil olunduğunu və əlaqələrin genişləndirilməsi üçün geniş imkanları olduğunu bildirib. O, bu görüşü Bakı Dövlət Universitetinin 100 illik yubileyi çərçivəsində keçirilən görüşlərin davamı kimi qiymətləndirib. İnformasiya texnologiyaları əsri olduğunu, tələbələri zamanı düzgün dəyərləndirməyi tövsiyə edib.
Sonra çıxış edən Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Haulin Jao müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının inkişafına böyük diqqət göstərildiyini deyib. Azərbaycanın eləcə də dünyanın İKT sahəsində çoxsaylı aparıcı şirkətləri ilə tərəfdaşlıq əlaqələri qurduğunu qeyd edən Haulin Jao BDU tələbələrini də innovativ layihələrlə beynəlxalq sərgilərdə təmsil olunmağa çağırıb. O, bu görüşün yeni texnologiyaların, təcrübə mübadiləsinin və işgüzar əlaqələrin qurulmasındakı əhəmiyyətindən danışıb. Həmçinin, tələbələrin kreativ ideyalarını dəstəkləməkdə maraqlı olduqlarını bildirib, uğurlu layihələri üçün mentor xidmətləri, investisiyaların cəlb olunması barədə məlumat verib.

Sonda zamanın tələblərinə uyğun olaraq informasiya kommunikasiya texnologiyalarının yüksələn xətlə inkişafını vurğulayan Haulin Jao tələbələrin sualları cavablandırılıb.

Qeyd edək ki, tədbirdə həmçinin BTİ-nin MDB ölkələri üzrə regional bölməsinin rəhbəri Kiril Oparin, Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin rəhbəri, Fövqəladə və səahiyyətli səfir, Vaqif Sadıqov, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin aparıcı məsləhətçisi Xəyalə Paşazadə də iştirak ediblər.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Zəlzələ zonasından Azərbaycan vətəndaşlarının təxliyəsi başa çatıb -YENİLƏNİB







FHN İsmayıllıda baş verən qəza ilə bağlı məlumat yayıb







Xəzər dənizində zəlzələ olub







Tovuzda yas yerinin mağarı yandı.


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə
(012) 436-28-31
(051) 660-40-00



info@xeberoxu.az



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.