Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



05 Dek
2019
20:58
409

05
Dek
20:58



UNEC Azərbaycanda 1-ci, dünyada 432-ci oldu

“GreenMetric Ranking” metodologiyası dünyanın bir çox qabaqcıl universitetlərində müvəffəqiyyətlə tətbiq olunmaqdadır.

Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) Xeberoxu.Az-a verilən məlumata görə, reytinqin məqsədi akademik ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltməkdir. Reytinqdə universitet kampuslarının təbii mühitə münasibəti, enerjidən istifadə və onun iqlimə təsiri, kampus ərazisində kağızlardan istifadənin azaldılması siyasəti, su resurslarından rasional qaydada istifadə olunması, ali məktəb ərazisində nəqliyyatdan (ictimai, şəxsi avtomobillər və ya velosiped) istifadə, ekoloji problemlər üzrə tədris kurslarının təşkili, ekoloji problemlərin öyrənilməsinə yönəlik tədqiqatçılıq fondlarının olması, ekoloji problemlərə dair dərc olunmuş elmi məqalələrin sayı və s. əsas götürülür.

Beynəlxalq “GreenMetric Ranking” metodologiyasının UNEC-də tətbiq edilməsi barədə tədbirlər planı hazırlanmışdır.

2019-cu ildə “GreenMetric Ranking” metodologiyasını tətbiq edən dünyanın universitetləri arasında UNEC 432-ci yerdə qərarlaşıb. Bu göstərici üzrə UNEC Azərbaycan universitetləri arasında birinci, Türkiyə universitetləri arasında 17-ci yerdə qərarlaşıb.

 

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Zəlzələ zonasından Azərbaycan vətəndaşlarının təxliyəsi başa çatıb -YENİLƏNİB







FHN İsmayıllıda baş verən qəza ilə bağlı məlumat yayıb







Xəzər dənizində zəlzələ olub







Tovuzda yas yerinin mağarı yandı.


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə
(012) 436-28-31
(051) 660-40-00



info@xeberoxu.az



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.