Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



06 Dek
2019
10:21
365

06
Dek
10:21



ASK və Azərbaycan Dövlət Aqrar Universiteti arasında Anlaşma Memorandumu imzalandı

“Azərbaycan Sənaye Korporasiyasi” (ASK) ASC ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında elm və təhsil sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

ASC-dən XeberOxu.Az-a verilən məlumata görə, sənədi Korporasiyanın baş direktoru Kamran Nəbizadə və Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov imzalayıb.

Memorandum tərəflərin aqrar sahədə elmi tədqiqatların aparılması, tələbələrin biznes ideyalarının, innovativ təşəbbüslərinin dəstəklənməsi, onların “Azərbaycan Sənaye Korporasiyasi” ASC-nin törəmə müəssisələrində təcrübə keçməsi və müxtəlif layihələr üzrə əməkdaşlıq məsələlərini əks etdirir.

İmzalanan sənəd kənd təsərrüfatının müvafiq sahələri üzrə peşəkar kadrların hazırlanması, tələbələrin praktiki təlimlərə, tədris təcrübəsinə cəlb olunması, onlara praktiki vərdişlərin aşılanması, bu sahəyə marağın artırılması baxımından əhəmiyyətlidir.

ADAU ilə Korporasiya arasında təməli qoyulan bu əməkdaşlıq, tələbələrin nəzəri biliklərlə yanaşı təcrübə qazanmasında, ixtisasları üzrə peşəkar kadr kimi yetişməsində, Azərbaycanda aqrar sahə üzrə kadr potensialının gücləndirilməsində vacib mərhələ sayıla bilər.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Zəlzələ zonasından Azərbaycan vətəndaşlarının təxliyəsi başa çatıb -YENİLƏNİB







FHN İsmayıllıda baş verən qəza ilə bağlı məlumat yayıb







Xəzər dənizində zəlzələ olub







Tovuzda yas yerinin mağarı yandı.


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə
(012) 436-28-31
(051) 660-40-00



info@xeberoxu.az



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.