Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



22 Okt
2019
04:30
621

22
Okt
04:30



“Azərbaycan”ın növbəti payız görüşü

“Azərbaycan” jurnalının 10-cu sayı oxucuların görüşünə "Xüsusi buraxılış" layihəsi ilə gəlib.

XeberOxu.Az-ın məlumatına görə, bu dəfəki təqdimat dramaturgiya ilə bağlıdır. Artıq ənənəyə çevrilmiş bu təqdimatda yazıçı Anar “Şəhərin yay günləri” pyesinin personajlarını otuz il sonra bir yerə toplayıb. Bu dəfəki görüş qış gecəsində baş tutub - Yanvarı qana boyayan hadisələr ərəfəsində.

“Şəhərin qış gecələri” köhnə tanışlarla görüşdən nələr vəd edir? Maraqlıdır.

Əli Əmirlinin yeni pyesi də kövrək nostalji vəd edir. Xatirələrdə zamanın izləri haralara gedib çıxmır?.. Sumqayıta sevgili deyən qadının duyğularına nəvəsi necə baxır? “Sevgilim Sumqayıt” Baxdığımızı Görməyi təlqin edir.

Firuz Mustafa “Payız meşəsində vals” birpərdəli pyesində “rəqs meydançası”nı Qarabağda – döyüş səhnəsində “qurub”.

Mehman Musabəyli polyak dramaturqu Slavomir Mrojekdən tərcümə etdiyi “Yay günü” əsərini təqdim edir.

Jurnal bu bölümündə yeni bir imza təqdim edir: Nabat Hüseynova. Gənc dramaturq debütünə “Gümüş əsr” dövrünün personalarını dəvət edib.

İsa Həbibbəylinin 70 yaşı. Ədəbiyyatşünas Təyyar Salamoğlu bu rubrikada “Ədəbiyyat nəzəriyyəçiliyindən ədəbiyyat tarixçiliyinə və nəzəri – metodoloji məsələlərin həllinə doğru”məqaləsi ilə Akademikin humanitar düşüncənin sərhədlərini genişləndirən səmərəli fəaliyyətindən söz açır.

Unudulmaz Vaqif Səmədoğlu yaradıcılığında sözlə musiqinin sintezini görmək və göstərmək! Professor Rüstəm Kamalın “Valsın son akkordu...”essesinin məramını belə də adlandırmaq olar.

Tənqidçi Nərgiz Cabbarlı bu dəfə “Ədəbi söhbətlər”inə “evin içindən” İntiqam Qasımzadəni dəvət edib.

Günel Natiq “Ədəbi talelər”də Heminqueyin izinə düşüb.

Ədəbi prosesdə maraqlı imzaları bu dəfə Vaqif Yusfli və Günay Qarayeva təqdim edirlər. Tural Anaroğlunun “Yad planetli“ kitabından söz açılırsa, jurnalda ilk hekayəsi dərc olunmuş Xanım Aydının “Sərçə”si diqqət çəkib.

Əşrəf Veysəlli, Kəramət, Rizvan Nəsiboğlu,Vəliyulla Novruz, Dayandur Sevgin, Xutra Ramazan oxucuları jurnalın “Poeziya” bölməsində gözləyirlər.

Vüsal Nuru da “Kitab rəfi”ni yeniləyib.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Azərbaycanda orta aylıq nominal əməkhaqqı 35,8 faiz artıb







"Zaminbank"dan 1,337 milyon manat mənimsəyən bank işçilərinə hökm oxundu







"Smart-kart" tipli sayğaclar barədə yayılan məlumatlara dair "Azəriqaz"dan AÇIQLAMA







İlham Əliyev və Mehriban Əliyeva Maksim Qalkinin yaradıcılıq axşamında


Digər Mədəniyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az