23 Fev 2021
12:02
![]() |
23
Fev 12:02
![]() Dərsliklərə zəfər tariximizin daxil edilməsi üçün işlər aparılır - Təhsil Nazirliyi Yeni dərs ili üçün 2 və 6-cı sinif dərsliklərinə zəfər tariximizin daxil edilməsi ilə bağlı işlər aparılır. XeberOxu.Az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib. Onun sözlərinə görə, şanlı zəfər tariximizin dərsliklərə daxil edilməsi üçün işlərə başlanılıb, artıq bununla bağlı xüsusi dərs mövzuları da hazırlanıb: "Bütün dərslikləri qısa müddətdə dəyişmək mümkün olmadığından hazırda bu proses mərhələli şəkildə aparılır. Yeni dərs ili üçün 2 və 6-cı sinif dərsliklərini təkmilləşdiririk. Bu dərsliklərdə bütün müvafiq yerlərdə düzəlişlər və əlavələr olunacaq. Amma bu, o demək deyil ki, Qələbə ilə bağlı mövzuları ancaq 2 və 6-cı sinif şagirdləri öyrənəcək. Dərslik yeganə öyrənmə mənbəyi deyil və öyrənmə üçün müəllimlər digər vəsaitlərdən də istifadə edirlər". ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
![]() ![]() |
Ən Çox Oxunanlar
Bakıda keçmiş məhkum avtomatla yaxalandı -FOTO/VİDEO
Ötən sutka ərzində köməksiz qalan 16 nəfər xilas edilib - FHN - VİDEO
40 min manatlıq silsilə oğurluqlar edən dəstə üzvləri saxlanılıb
Bakıda yataqxanada yanğın başlayıb
|