Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



11 May
2019
05:02
609



Diasporla İş üzrə Dövlət Komitəsində Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə bağlı tədbir keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsində qürdətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir təşkil edilib.

Komitədən XeberOxu.Az-a verilən məlumata görə, tədbirdə çıxış edən sədr Fuad Muradov Ulu Öndərin həyat və fəaliyyətindən, onun müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmlənməsində, eyni zamanda Azərbaycan diasporunun formalaşmasındakı əvəzsiz xidmətlərindən danışıb.

O bildirib ki, Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi 30 ildən artıq tarixi dövrdə ölkəmizin iqtisadi tərəqqisi yüksək həddə çatıb, Azərbaycan keçmiş ittifaq miqyasında nüfuz qazanıb, beynəlxalq səviyyədə tanınıb.

Tədbirdə qeyd olunub ki, "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm və bu gun də fəxr edirəm ki, mən azərbaycanlıyam" deyən ümummilli lider yürütdüyü siyasətlə dünya azərbaycanlılarının liderinə çevrilib.

Xaricdə yaşayan soydaşlarımızın tarixi Vətənə bağlılığını təmin edən azərbaycançılıq ideologiyası da məhz Ulu Öndərin əvəzolunmaz xidmətidir.

Natiqlər bildiriblər ki, Heydər Əliyev Azərbaycan diasporunun formalaşması və təşkilatlanmasının vacibliyini, lobbiçilik fəaliyyətinin əsas istiqamətlərini və perspektivlərini daim diqqətdə saxlayıb. O, xarici siyasətin strateji hədəflərini müəyyənləşdirərkən, müasir dövrdə hər bir dövlətin qüdrətinin yalnız iqtisadi resurslarla deyil, həm də onun xaricdə formalaşdırdığı diaspor və lobbinin gücü ilə ölçüldüyünü əsas götürüb.

Azərbaycanın milli bayramları sırasında bir möhtəşəm tarixin – “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nün də yer alması məhz dahi şəxsiyyətin böyük siyasi kursunun məntiqi nəticəsidir.

Qeyd olunub ki, Heydər Əliyevin dünya azərbaycanlılarını birləşdirmək ideyası bu gün də uğurla davam etdirilir.

Xaricdə yaşayan soydaşlarımızı əhatə edən yüzlərlə layihənin həyata keçirildiyi, minlərlə parlaq ideyanın reallaşdığı diqqətə çatdırılıb.

Tədbirdə Milli Məclisin deputatları Ülvi Quliyev, Elşad Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri, Yeni Azərbaycan Partiyası ilk ərazi təşkilatının sədri Ruslan Quliyev çıxış ediblər.

Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan tədbirdə onun həyat və fəaliyyətini əks etdirən maraqlı film nümayiş olunub, fotosərgi təşkil edilib.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Mətanət İsgəndərli Türkiyədə ərdə olan qızı ilə







FHN əməkdaşları mənzildə meyit tapıblar







Lalə Azərtaş bu dəfə İspaniyada







Azərbaycanda ginekoloq hamilə qadınlarla rəqs etdi - Video


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az