Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



14 May
2019
15:36
642



Brokonyerliklə məşğul olan 202 nəfər məsuliyyətə cəlb olunub

Ötən il və bu ilin ilk dörd ayı ərzində brokonyerliyə qarşı mübarizə çərçivəsində cinayət və inzibati xəta törətdiklərinə görə 202 nəfər məsuliyyətə cəlb olunub.

Xeberoxu.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında Su Nəqliyyatında Polis Idarəsinin Brakonyerliyə qarşı mübarizə və balıq ehtiyatlarının mühafizəsi bölməsinin rəisi Elmir Süleymanov deyib.

Onun sözlərinə görə, ekoloji cinayətkarlığa, brokonyerliyə qarşı mübarizə sahəsində Xəzər dənizində və respublikanın digər sututarlarında keçirilmiş tədbirlər nəticəsində 2018-ci il və 2019-cu ilin 4 ayı ərzində Su Nəqliyyatında Polis İdarəsinin İstintaq bölməsində 197 cinayət işinin araşdırılması aparılıb, əməkdaşlar tərəfindən ekoloji hüquqpozmalar sahəsində 131 izibati xəta faktı aşkar edilmişdir.

E.Süleymanov əlavə edib ki, cinayət və inzibati xəta törətdiklərinə görə məsuliyyətə cəlb olunan 202 nəfərdən qanunsuz balıqovlamada istifadə olunan 101 ədəd qayıq, 424 tor, 32 mühərrik və başqa ov vasitələri, 16 ton 919 kq müxtəlif növ balıq, 2 min 662 ədəd krivet və digər su bioresursları götürülüb.

Cinayət hadisələri nəticəsində təbiətə 56 min manat ziyan vurulmuş, inzibati xəta faktları törədənlər 11 min manat cərimə ediliblər. 2019-cu ilin 4 ayı ərzində 72 qanunsuz balıqovlama, 2qanunsuz ov etmə cinayət kaftları aşkar edilmiş, bu sahədə 48 inzibati xəta faktı aşkar edilib.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Mətanət İsgəndərli Türkiyədə ərdə olan qızı ilə







FHN əməkdaşları mənzildə meyit tapıblar







Lalə Azərtaş bu dəfə İspaniyada







Azərbaycanda ginekoloq hamilə qadınlarla rəqs etdi - Video


Digər HADiSƏ xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az