Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



15 May
2019
16:25
603



KOBİA ilə "Ziraat Bank Azərbaycan" ASC arasında əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb (FOTO)

Qida sənayesi sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlar Bakı Ekspo Mərkəzində keçirilən 25-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisində öz məhsul və xidmətlərini təqdim edirlər.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Xeberoxu.az-a verilən məlumata görə, agentliyin təşkilatçılığı və “ZiraatBank Azərbaycan”ın dəstəyi ilə sərgidə mikro və kiçik sahibkarlıq subyektlərinin öz məhsullarını və xidmətlərini təqdim etməsi üçün xüsusi stend ayrılıb.

Burada mikro və kiçik sahibkarlar istehsal etdikləri meyvə quruları, süd və süd məhsulları, bal, bitki çayları, milli sağlam qidalar, meyvə şirələri, müxtəlif bitki yağları, sosial sahibkarlıq layihəsi olan şokolad və s. məhsulları təqdim edirlər.

Məlumat üçün qeyd edək ki, KOBİA startapların, mikro və kiçik sahibkarların öz məhsul və xidmətlərini nüfuzlu sərgilərdə təqdim etməsinə, bu sərgilər çərçivəsində onların əməkdaşlıq əlaqələrinin qurulmasına və genişləndirilməsinə dəstək göstərir. 2018-ci ildə KOBİA-nın dəstəyi ilə İKT sahəsində startaplar və kiçik sahibkarlıq subyektləri “BakuTel 2018” Sərgisində öz məhsul və xidmətlərini təqdim ediblər.

2019-cu il ərzində keçiriləcək müxtəlif sərgilərdə də startapların, mikro və kiçik sahibkarlıq subyektlərinin iştirakına dəstəyin göstərilməsi nəzərdə tutulur.

Sərgi çərçivəsində həmçinin, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə "Ziraat Bank Azərbaycan" ASC arasında əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb.

Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “ZiraatBank Azərbaycan” ASC-nin İdarə Heyətinin sədri Avni Dəmirci imzalayıblar. Sənəddə kiçik və orta sahibkarlığa dəstək məqsədilə bir sıra tədbirlərin və layihələrin reallaşdırılması nəzərdə tutulur.

 

 

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







"Stadler" Bakı-Tbilisi-Qars dəmir yolu üçün yeni vaqonların gətiriləcəyi VAXTI açıqladı







Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib







Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs olunanların SAYI







Bakıda kommersiya obyektləri və torpaq sahələri cüzi bahalaşıb


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az