AZ | RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə





15 May
2019
22:08
276



Qəzaya uğrayan avtomobildən bir milyon avro tapılıb

İspaniya Mülki Qvardiyası Qranada əyalətində qəzaya uğrayan avtomobildə bir milyon avro aşkarlayıb.

XeberOxu.Az AZƏRTAC-a istinadən bildirir ki, yol-nəqliyyat hadisəsi Uetor-de-Santilyan bələdiyyəsinin ərazisində qeydə alınıb. Mülki Qvardiyanın əməkdaşları sürücünü və iki sərnişini əzilmiş avtomobildən çıxarıb. Onların hamısı Litva vətəndaşlarıdır. Sürücünün narkotik vasitə və spirtli içkinin təsiri altında olduğu müəyyən edilib. Həmçinin qvardiyanın komendantlığına aparılan minivendə 1 milyon avro aşkarlanıb.

Əgər vəsaitin qanunsuz olduğu sübut edilsə, litvalılar pulların yuyulmasında ittiham oluna bilərlər. Eyni zamanda, böyük məbləğdə pulu daşımaq üçün ilkin sorğu göndərmədiklərinə görə onları cərimə gözləyir. Belə ki, İspaniya qanunvericiliyinə əsasən, ölkə daxilində yalnız 100 min avroya qədər pul aparmaq olar. Xaricə isə deklarasiyasız maksimum 10 min avro məbləğində vəsait çıxarmağa icazə verilir.

Xeberoxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Ən Çox Oxunanlar







XİN: Ermənistan idmandan siyasi alət kimi istifadə edir







Əli Əhmədov: Dünyada Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edən, beynəlxalq aləmdə böyük nüfuz sahibi olan ölkələrdəndir







Azərbaycanla Gürcüstan sərhədin razılaşdırılmamış hissələrinə birgə baxış keçirəcək







Avroliqanın final oyunu ilə əlaqədar dəmir yolunda TƏDBİRLƏR PLANI hazırlanıb


Digər Dünya xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az