RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



24 Iyun
2019
22:39
2376



Dilarənin gözyoran qırmızı paltarı

Müğənni Dilarə Kazımova son günlər eyni libasdan bir neçə böyük konsert proqramlarında istifadə etməsi ilə müzakirə mövzusuna çevrilib.  XeberOxu.az xəbər verir ki, sənətçinin birinci dəfə 2018-ci ilin noyabrında “Azərbaycan” adlı klipində geyindiyi qırmızı yarıqlı paltarına dəfələrlə müraciət etməsi tənqid olunub.  

Hətta o, şənbə günü “Jara” festivalından əvvəl təşkil olunan “pre-party”də həmin libasda görüntülənib. Sənətçi bundan bir həftə əvvəl isə Bakı Konqress Mərkəzində məzunlar üçün təşkil olunan gecədə də o geyimdə şou göstərib. 

D. Kazımova toy, klub və digər açılış mərasimlərinə də dəfələrlə bu paltarda qatılıb. Dilarə müzakirə olunan geyimi barədə açıqlama verib. 

O, “Qafqazinfo”ya danışarkən tənqidlərdən xəbərdar olduğunu deyib: 

“Bir paltarım yoxdur. Evdə geyimlərimi qoyacaq yerim yoxdur. “Azərbaycan” layihəsində bu obrazdan istifadə etmişdik. Şou, obraz kimi üzərimdə daşıyıram. Amma o qədər deyirlər ki, qırmızı libasını dəyiş! Dəyişdirəcəm, amma yenə rəng qırmızı olacaq. Özüm hiss edirəm ki, yenilik lazımdır”. 

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Gənc cüdoçularımız Avropa kuboku yarışına uğurla başlayıblar







Azərbaycanda sahibkar qadınların daha çox olduğu rayonların adları açıqlandı







Dövlət Neft Fondunun büdcəsinin icrası təsdiq edilib







Polad Bülbüloğlu Avstraliyanın Rusiyaya yeni təyin olunmuş səfiri ilə görüşüb


Digər Şou-biznes xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az