XEBEROXU.AZ
Haqqımızda     Reklam
RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Hadisə Haqqımızda                           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU   



22 Fev
2021
14:43
435
22
Fev
14:43



Dillər Universitetində Çin memarlığı barədə seminar keçirilib

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu Çinin ilk qadın memarı Lin Huyinin xatirəsinə və Pritsker mükafatı ilə təltif olunan ilk qadın memar Zaha Hadidin xatirəsinə həsr olunmuş "Çin memarlıq dünyası" adlı onlayn seminar keçirib.

Açılış nitqi ilə çıxış edən ADU Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov avanqard və eksperimental Qərb memarlığının və qədim Çin memarlığının ən yaxşı tendensiyalarını özündə birləşdirən Çinin müasir memarlığının xüsusi üslubundan danışıb. Bunun sayəsində Çində müasir dövrün dahi memarı Zaha Hadidin layihələri əsasında inşa edilmiş ultramüasir nadir komplekslər yaranır.

R. Abbasov bildirib ki, Hadid layihəsi üzrə müasir Bakının rəmzlərindən sayılan və 2014-cü ildə dünyada ən yaxşı bina kimi tanınan Heydər Əliyev Mərkəzi tikilib. O, həmçinin qeyd edib ki, Zaha Hadidin bu layihəsi öz mükəmməlliyi və qeyri-adi arxitekturası ilə seçilir. Bu unikal layihə dünya memarlığında özünəməxsus yer tutur. Heydər Əliyev Mərkəzinin dizaynı ölkənin tarixi ənənələri ilə yanaşı gələcək inkişaf istiqamətlərini özündə əks etdirərək Zaha Hadidin ən mühüm memarlıq incilərindən biri hesab olunur.

Seminarda çıxış edən ADU-nun çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri Zaha Hadidin Çin memarlığı tarixində incilərindən, o cümlədən Quançjou Opera Teatrı, dünyanın ən böyük sərnişin terminalı sayılan Pekin Beynəlxalq Hava Limanı, Çanşa Beynəlxalq Mədəniyyət və İncəsənət Mərkəzi, Çjengçjou şəhərindəki Dizayn Mərkəzi, Honkonqda Politexnik Universiteti, həmçinin Pekin, Şanxay, Çunsindəki ofis və ticarət-əyləncə kompleksləri olan əsərlərindən danışıblar.

Seminarda çıxış edən Konfutsi İnstitutunun müəllimi Əfsanə Mirsalayeva Çin müasir memarlığının incilərindən sayılan - ADU Konfutsi İnstitutunun tərəfdaşı olan Xuçjou Universitetinin aşağı mərtəbələri su altında olan "yaşıl kampus" arxitekturasında yerləşən Xuçjou şəhərindəki Şeraton Hotel haqqında danışıb.


Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda “E-manat”ı oğurlayıb qəbirstanlığa apardılar -Video







Külli miqdarda aksiz markası olmayan siqaret aşkarlanıb -VİDEO







Bərdədə avtomobil və heyvan oğruları saxlanılıb







Bakının məkəzində dörd naməlum şəxs oğlan və qızı döydü


Digər Cəmiyyət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.