Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xəbər lenti
Bütün xəbərlər



15 Sen
2020
14:40
4214
15
Sen
14:40



Dillər Universitetində "Arşın mal alan" operettasının Çin tarixi

Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu Azərbaycanın müasir peşəkar musiqi sənətinin banisi Üzeyir Hacıbəyovun anadan olduğu gün qeyd olunan "Milli Musiqi Günü" bayramına həsr olunmuş «Arşın mal alan"» operettasının Çin tarixi» adlı onlayn seminar keçirib.

Universitetdən XeberOxu.Az-a verilən məlumata görə, onlayn seminara qonaq olan Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova dahi Üzeyir Hacıbəyovun həyat və yaradıcıllığı haqqında ətraflı danışaraq, əsərlərinin dünya musiqi incilərindən sayıldığını xüsusilə qeyd edib. ADU Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Azərbaycan-Çin teatr sənəti əlaqələrinin tarixindən danışaraq bildirib ki, Çində çox böyük populyarlıq qazanan Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettası Pekində Çin dilində ilk dəfə 1959-cu ildə "Tantsiyao" Teatrının səhnəsində tamaşaya qoyulmuş və o vaxtlar Çinin paytaxtında səhnəyə qoyulan ilk xarici operettaya çevrilmişdir. Elə burada, 2010-cu ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı və Çin Milli operası tərəfindən növbəti "Arşın mal alan" tamaşası göstərilib. Çin Milli operası "Arşın mal alan" operettasını ölkənin müxtəlif şəhərlərində 300 dəfədən çox səhnələşdirib. Çində Mao Tszedunun şəxsi göstərişi ilə "Arşın mal alan" filminin Çin versiyası da çəkilib, həmçinin "Arşın mal alan" musiqili komediyası Çin dilində disk buraxılıb. Tədbirdə çıxış edən ADU-nun çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri Məmmədova Şəbnəm və Muradova Nərmin müsəlman şərqində ilk operanın müəllifi olan Üzeyir Hacıbəyovun yaradıcıllığında «Arşın mal alan» operettasının yaranma tarixi, ilk səhnələşdirilməsi və dünya şöhrəti qazanmasından danışıblar.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb







Cəlilabadda fərdi ev yanıb







Bakıda bərbərxana yanıb







Bərdə rayonunun Körpüsındıran kəndində yanğın baş verib.


Digər Mədəniyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.