Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xəbər lenti
Bütün xəbərlər



14 Sen
2020
13:50
4868
14
Sen
13:50



Distant təhsillə bağlı müəllimlər kurslara cəlb olunacaq - Təhsil naziri yeni əmr imzaladı

Təhsil naziri Emin Əmrullayev 2020-2021-ci tədris ilində ümumi təhsillə bağlı aktual məsələlər və hədəflər barədə əmr imzalayıb.

Təhsil Nazirliyindən XeberOxu.Az-a  verilən məlumata görə, əmrdə qeyd edilib ki, 2019-2020-ci tədris ilinin 2-ci yarımilinə dair bütün siniflər üzrə proqram materiallarının şagirdlər tərəfindən mənimsənilməsi vəziyyətinin diaqnostik qiymətləndirmə vasitəsilə öyrənilməsi və bununla da çatışmazlıqların yeni tədris ilində intensiv tədris yolu ilə aradan qaldırılması əsas məsələlərdəndir.

Bundan başqa, koronavirus (COVİD-19) pandemiyası ilə bağlı mövcud vəziyyəti və zəruri ehtiyacları nəzərə alaraq distant (məsafədən) təhsilin təşkili ilə bağlı məktəb rəhbərləri və müəllimlərin kurslara cəlbi nəzərdə tutulur.

Əsas hədəflər sırasına məsafədən öyrətmə və öyrənmənin metodikasının geniş təbliği, ümumi təhsil müəssisəsində sosial davranış qaydalarının təşviqi, xarici dillərin tədrisinin səviyyəsinin yüksəldilməsi, eləcə də "Rəqəmsal bacarıqlar” və “STEAM” pilot layihələrin icrası ilə bağlı məsələlər də daxildir.

Eyni zamanda, təhsil müəssisələrində sanitar-epidemioloji vəziyyətin nəzarətdə saxlanılması, mütəmadi dezinfeksiya işlərinin aparılması aktual məsələlər sırasında yer alır.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Suraxanıda 2 əl qumbarası tapılıb







İrandan gizli şəkildə 3 minə yaxın dərman keçirmək istədilər -Video







Bakıda sərnişin avtobusu qəzaya uğradı







Abşeronda istixanada narkotik əkib-becərən şəxs iş başında yaxalandı


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00








[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.