# EVDƏQAL
# EVDƏQAL



22 May
2020
05:15
1099

22
May
05:15



Dövlət Agentliyi Qlobal Müyəssərlik üzrə Maarifləndirmə Günü ilə bağlı veb-konfrans təşkil edib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Qlobal Müyəssərlik üzrə Maarifləndirmə Günü ilə bağlı veb-konfrans təşkil edib və Elektron Hökumət üzrə İcra Qrupunun görüşü keçirilib.

 

Agentlikdən XeberOxu.Az-a bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini, Elektron Hökumət üzrə İcra Qrupunun rəhbəri Ceyhun Salmanov ölkəmizdə bu sahədə görülən işlər, Dövlət Agentliyinin bu təşəbbüsə qoşulması, əlillər üçün nəzərdə tutulan İKT həllərinin tətbiqi, e-xidmətlərin, informasiya sistemlərinin və ehtiyatlarının yaradılması, təkmilləşdirilməsi istiqamətində digər qurumlarla birgə fəaliyyətin zəruriliyi barədə məlumat verib.

 

Qlobal Müyəssərlik üzrə Maarifləndirmə Günü təşəbbüsünün təsisçisi, “Linkedin” şirkətinin Əlçatanlıq üzrə mühəndislik departamentinin rəhbəri Jennison Asunsion bu günün formalaşma tarixi və fiziki imkanları məhdud şəxslər üçün əhəmiyyəti barədə məlumatları paylaşıb. O, eyni zamanda Azərbaycan Respublikasının bu cür təşəbbüsə qoşulmasını müsbət qiymətləndirib və tədbir təşkilatçılarına öz minnətdarlığını bildirib.

 

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev əlillərlə bağlı Nazirlik tərəfindən həyata keçirilən tədbirlərdən söz açıb. O, eyni zamanda əlillərin sosial həyata uyğunlaşdırılması üçün İKT həllərinin tətbiqinin əhəmiyyəti barədə məlumat verib.

 

Sonra iştirakçılara və Elektron Hökumət üzrə İcra Qrupunun üzvlərinə “Vebdə əlçatanlıq mövzusunda” təqdimat edilib və “İnternet informasiya ehtiyatlarının əlilliyi olan şəxslər üçün müyəssərliyinə dair tələblər” barədə məlumatlar paylaşılıb.

 

Elektron Hökumət üzrə İcra Qrupunun üzvlərinə dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılması, idarə olunması və funksionallıqlarının yaradılması zamanı müəyyəsərliklə bağlı tələblərin təmin edilməsi sahəsində vahid yanaşmanın və standartların tətbiq olunması ilə bağlı məlumatlar verilib.

 

Konfransda fiziki imkanları məhdud şəxslərin informasiya ehtiyatlarından səmərəli şəkildə faydalanması və istifadəsi məqsədilə internet informasiya ehtiyatının müyəssərliyinin beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı müzakirələr aparılıb.

 

Veb konfrans Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 yanvar tarixli 1 nömrəli Qərarına uyğun olaraq internet informasiya ehtiyatlarında əlilliyi olan şəxslər üçün müyəssərliyə dair tələblərin formalaşdırılması tapşırığı çərçivəsində həyata keçirilib.

 

Xatırladaq ki, Qlobal Müyəssərlik üzrə Maarifləndirmə Günü hər il may ayının üçüncü cümə axşamı qeyd olunur. Bu əlamətdar gün ölkəmizdə ilk dəfə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən qeyd olunub.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Paytaxtda həyat yoldaşını liftdə öldürən kişi saxlanılıb







Bakıda “Hyundai” 61 yaşlı piyadanı vurdu







Sumqayıtda intihara cəhdin qarşısı alınıb







Mağazadan oğurluq edən Bakı sakini saxlanılıb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.