Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



13 Iyul
2019
14:26
1194

13
Iyul
14:26



Dövlət Komitəsində Cümhuriyyət varislərinə medallar təqdim olunub

Diasporla İş üzrə Dövlət Komitəsində Prezident İlham Əliyev tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə “Yubiley medalı” ilə təltif edilmiş Cümhuriyyət varislərinə medallar təqdim edilib.

XeberOxu.az-ın məlumatına görə, təqdimatda Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri, AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Rəfael Hüseynov və Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli də iştirak edib.

Tədbirdə çıxış edən Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycan Xalq Cümhuriyyət qurucularının xidmətlərindən danışıb, onların varislərinin “Yubiley medalı” ilə təltif edilməsinə görə ölkə başçısına kollektiv adından dərin minnətdarlığını bildirib.

“Yubiley medalı”na layiq görülmüş AXC-nin ilk yollar, poçt və teleqraf naziri Xudadat bəy Məlikaslanovun nəvəsi, dirijor, Azərbaycanın xalq artisti Ramiz Məlikaslanov və Azərbaycanın Dövlət Himninin sözlərinin müəllifi, şair Əhməd Cavadın nəvəsi Anar Axundzadə öz növbəsində babalarının xidmətlərinə verilən qiymətə və onlara göstərilən diqqətə görə ölkə Prezidentinə təşəkkür ediblər.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin təqdimatı ilə “Yubiley medalı” ilə təltif olunmuş şəxslər arasında Azərbaycan diasporunun Amerika Birləşmiş Ştratlarındakı fəal nümayəndələrindən biri Əbülfəz Bahaduri də var.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Şəmkirdə mənşəyi məlum olmayan ət satışının qarşısı alınıb







Bakıda dəhşətli hadisə: İt 4 yaşlı uşağı parçalayaraq öldürdü







Bu ərazilərdə qaz təchizatı dayandırılır







Builki artım məqsədyönlü sosial-iqtisadi islahatların nəticəsidir - Deputat


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az