Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



07 Iyun
2019
14:14
2922



Dövlət Komitəsində azyaşlının qaçırılması ilə bağlı araşdırma aparılır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində 3 yaşlı Zəhra Bağırzadənin qaçırılması ilə bağlı xidməti araşdırma aparılır.

Xeberoxu.az-a verilən məlumata görə,  Bu barədə APA-ya Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin əməkdaşı Pərviz Əliyev məlumat verib.

O bildirib ki, faktla bağlı Dövlət Komitəsi tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub: “Hazırda uşaq və onun ailəsi haqda məlumatlar aidiyyəti qurumdan alınır. Uşağın qaçırılmasında valideyn məsuliyyətsizliyi və s. məsələlər araşdırılacaq. Bundan sonra Dövlət Komitəsi həmin uşağın ailəsinin problemlərinin həlli istiqamətində müəyyən tədbirlər görəcək”.

P. Əliyev qeyd edib ki, uşağın qaçırılmasına şərait yaradan səbəblər müvafiq qaydada müəyyən ediləcək və buna uyğun tədbirlər görüləcək.

Qeyd edək ki, iyunun 4-də evlərinin yaxınlığında müəmmalı şəkildə yoxa çıxan 3 yaşlı Z. Bağırzadə ötən gün tapılaraq ailəsinə verilib. Z. Bağırzadəni  Masallı rayon sakini Təzəgül Nəzərovanın qaçırdığı məlum olub.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Polisdən dilənçilərlə bağlı xəbərdarlıq: Nəzarətsiz uşaqların oğurlanması halları var







"28 may" stansiyasında istifadəsi dayandırılan eskalatorda təftiş yekunlaşıb







Jalə Əliyeva və Ceyla Nağızadə dünya çempionatında çıxış etdi







Yol polislərinin forması dəyişdi


Digər Sosial xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az