# EVDƏQAL
# EVDƏQAL



14 Mart
2020
10:13
2596

14
Mart
10:13



Dövlət Yol Polisi sürücülərə müraciət etdi

Respublika ərazisində yol təhlükəsizliyi tədbirlərinin keçirilməsi ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) sürücülərə müraciət edib.

İdarədən Xeberoxu.az-a daxil olan məlumatda deyilir:

"Son günlər respublikanın avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, qəzalar nəticəsində ölən və xəsarət alanların əksəriyyəti istismar müddəti çox olan, müasir təhlükəsizlik elementləri ilə təchiz edilməmiş köhnə avtomobillərin sürücüləri və sərnişinləridir. Lakin təəssüflər olsun ki, belə avtomobillərin konstruksiyasında bütün oturacaqlar üçün yeganə təhlükəsizlik elementi olan təhlükəsizlik kəmərlərinin nəzərdə tutulmasına və istehsalçı zavod tərəfindən təchiz edilməsinə baxmayaraq, bəzi nəqliyyat vasitələrinin sürücüləri tərəfindən arxa oturacaqların kəmərləri bilərəkdən çıxarılır ki, bu da toqquşma və ya aşma zamanı salondakı insanların həlak olmalarına, yaxud ağır yaralanmalarına səbəb olur.

Belə halların qarşısının alınması məqsədilə Baş DYP İdarəsi bir daha sürücüləri xəbərdar edir ki, mart ayının 15-dən respublika üzrə keçiriləcək təhlükəsizlik tədbirləri zamanı konstruksiyasında təhlükəsizlik kəmərləri nəzərdə tutulmuş avtomobil saxlanılarkən təhlükəsizlik kəmərlərinin çıxarılması halları müəyyən edilərsə, həmin nəqliyyat vasitəsini idarə edən sürücü, kəmərlərin mövcud olduğu, lakin arxa və ya qabaq oturacaqdan asılı olmayaraq hərəkət zamanı sərnişin tərəfindən istifadə edilməməsinə görə isə sərnişinlər inzibati məsuliyyətə cəlb ediləcəklər.

Ümid edirik ki, hər bir hərəkət iştirakçısı müraciətimizə düşünülmüş şəkildə yanaşacaq, yol hərəkəti qaydalarına ciddi əməl etməklə özünün və doğmalarının həyatını təhlükə ilə qarşı-qarşıya qoymayacaq".

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakı Media Mərkəzi koronavirusla mübarizəyə dəstək məqsədilə növbəti VİDEOÇARX hazırlayıb







Ramil Həsən: Hər evdən çıxma, kənar şəxslə təmas virusa yoluxma və ölüm deməkdir







Evdə qal və əməliyyatları Müştəri Bank-la et!







XİN: Onlayn əsasda Qoşulmama Hərəkatı Modeli Simulyasiya Təlimi təşkil ediləcək


Digər Avto-Moto xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00
(012) 436-28-31



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.