# EVDƏQAL
# EVDƏQAL



20 May
2020
04:46
4495

20
May
04:46



Dünya İqtisadi Forumu mövcud vəziyyəti qlobal tənəzzül adlandırıb

Dünya İqtisadi Forumu (WEF) yeni növ koronavirusun risklərinə dair araşdırma metodu ilə hazırladığı hesabatda mövcud vəziyyəti qlobal tənəzzül adlandırıb və bunu ən böyük narahatlıq doğuran məqam kimi izah edib.

XeberOxu.Az-ın məlumatına görə,  hesabatda uzun müddət davam edən qlobal tənəzzülün narahatlığına diqqət yönəldib. Bildirilir ki, təxminən 350 risk menecerinin üçdəikisi qarşıdakı 18 ay ərzində dünyada ən böyük narahatlıqlarının COVID-19 pandemiyası səbəbindən uzunmüddətli qlobal tənəzzül olduğunu bildiriblər.

Risk menecerlərinin yarısı xüsusən gənclər arasında yüksək struktur işsizliyinin gözləndiyini qeyd edib və bunu ikinci narahatlıq yaradan amil adlandırıblar. Pandemiyanın ikinci dalğası və ya fərqli bir yoluxucu xəstəliyin gözlənildiyini, bunun isə üçüncü ən böyük narahatlıq olduğu bildirilib.

Dördüncü ən böyük narahatlıq olaraq böyük iqtisadiyyatlarda maliyyə vəziyyətinin zəifləməsi göstərilib, bəzi ölkələrdə sənayenin və ya sektorların tamamilə sağlamlaşdırılmaması beşinci sırada yer alıb.

İri şirkətlərin və KOB-ların iflas səviyyəsinin artması və şirkətlərin alınması ilə bir-birinə birləşməsi tendensiyası isə altıncı ən böyük narahatlıq kimi ifadə olunub. İnsanların və malların sərhədlərdə sərt məhdudiyyətlərə məruz qalması yeddinci sırada yer alıb.

Qlobal tədarük zəncirlərində uzunmüddətli pisləşmənin gözlənildiyi bildirilən hesabatda dünyanın ekoloji, sosial və texnoloji risklərin geniş zəncirvari təsirinə hazır olmadığı qeyd edilib. Hesabatda ətraf mühitin qorunması üçün hədəflərin epidemiya səbəbindən arxa planda qalma riskinin olduğu və hökumətlərin “yaşıl iqtisadi bərpa” üçün çalışmasının zəruriliyi vurğulanıb.


Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Azərbaycanda itləri döyüşürüb bir-birinə yedirirlər - DİN məsələyə qarışdı







Təhqiqatçılara yeni hüquqlar verilir - YENİLİK







“McDonald’s Azərbaycan”dan karantində olan insanlara dəstək - Video







Bu ilin ilk Günəş tutulmasının vaxtı açıqlandı


Digər Xarici İqtisadiyyat xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.