# EVDƏQAL
# EVDƏQAL



25 Mart
2020
16:15
925

25
Mart
16:15



Elçin Quliyev “Samur” dövlət sərhədində karantin tədbirlərinin təşkili vəziyyətini yoxlayıb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əli­yevin rəhbərliyi altında ölkə ərazisində koronavirus infeksiyası­nın yayıl­ma­sının qarşısının alınması məqsədilə həyata keçirilən kom­pleks tədbirlər çərçivəsində dövlət sərhədindən buraxılış mən­tə­qə­lərində sərhəd nəzarəti fəaliyyəti gücləndirilmiş iş reji­mində həyata keçirilir.

Ölkəyə daxil olan şəxsləri qarşılayan Azərbaycan sər­hədçiləri dövlət sərhədindən buraxılış məntə­qə­­lərində Azərbay­can Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərarga­hın müəy­yən etdiyi qaydada sanitar-ka­ran­tin və digər rejim təd­birlərinin həyata keçirilməsini təşkil edir və “Tibbi Ərazi Bölmə­lərinin İda­rəetmə Birliyi” (TƏBİB) ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərirlər.

Xeberoxu.Az-ın məlumatına görə, 25 mart tarixində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev “Samur” dövlət sərhədindən buraxılış məntəqəsinə səfər edib və Rusiya Federa­si­ya­sından avtomobil yolu ilə ölkəyə daxil olan Azərbaycan Res­pub­likası vətəndaşlarının sanitar-karantin tədbirlərinə cəlb olun­masının təşkili vəziyyətini yoxlayıb.

Dövlət sərhədindən buraxılış məntəqə­sin­də rejim tədbir­ləri­nin təşkili, o cümlədən ölkəyə gələn vətən­daşlar üzərində sərhəd və göm­rük nəzarətinin həyata keçirilməsi, həmin şəxslərin həra­rətinin ölçülməsi və digər sanitar-karantin tədbirlərinə cəlb edil­mələri və­ziy­yəti yoxla­nılmış, xəstəliyə yoluxmalarına şübhə yara­nan şəxs­lərin tibbi təxliyəsi tədbirləri nəzərdən keçirilib.

Ölkə ərazisinə gələn və Azərbaycan Respublikasının Föv­qəladə Hallar Nazirliyinin təşkil etdiyi səhra hospitalında ilkin müa­yi­­nələrə cəlb olunan vətəndaş­larla görüş keçirilmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi al­tın­da koronavirus infeksiyasına qarşı mü­barizə çərçivəsində gö­rü­lən işlər haqqında onlara geniş məlumat verilib, vəziyyətləri ilə ma­raqlanıb, xahiş və mü­ra­ciətləri dinlənilib.

Karantində sax­la­nı­lacaq şəxslərin qal­ması üçün ayrılmış yer­lə­rə və yaradılmış şəraitə, həmin şəxslərin daşınması üçün nə­zərdə tutul­muş nəqliy­yat vasitələrinə baxış keçirilib.

Dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan şəx­si heyətin təhlükəsizliyinin təmin edilməsi və sağlamlıqlarının qorunması üçün görülmüş işlər nəzərdən keçirilmib, zəruri tapşırıq və göstərişlər verilib.

Səfər çərçivəsində Rusiya Federasiyasının Federal Təhlükə­sizlik Xidmətinin Dağıstan Respublikası üzrə Sərhəd İdarəsinin rəh­bəri general-leytenant Aleksey Buyerov ilə işçi görüş keçiril­miş, Azərbaycan Respublikası və Rusiya Federasiyası vətən­daşlarının sərhədkeçmə prosedurlarının və nəqliyyat vasitələrinin yoxlanış­larının tezləşdirilməsi, şəxslərin dövlət sərhədindən hərə­kə­tinin müvəqqəti ola­raq yalnız “Sa­mur” (AR) – “Yaraq-Qazmalar” (RF) dövlət sərhədindən bura­xılış məntəqəsindən, avtomobil nəq­liy­yat vasitələrinin isə “Samur” və “Xanoba” dövlət sərhədindən bura­xılış məntəqələrindən həyata keçirilməsi məsələləri müzakirə olunub.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







DMX-dən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət







Ağcabədidə yük avtomobili yandı







Bakıda bahalı it oğurlandı







Benzin və maye qazdan icbari tibbi sığorta haqlarının tutulması doqquz ay təxirə salınıb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00
(012) 436-28-31



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.