17 Yan
2020
17:58
1942

17
Yan
17:58



Bu gün İran tarixində son 8 ildə ilk yaşanacaq

İranın Ali dini lideri Ayətullah Əli Xameneyi bu gün cümə namazını paytaxt Tehranın Musalla Məscidində qılacaq. Xeberoxu.Az-ın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bildirilir ki, bununla İran xalqının birliyi və əzəməti bir daha nümayiş etdiriləcək.

Qeyd olunur ki, 80 yaşlı Xameneyi cümə namazını sonuncu dəfə 2012-ci ildə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 33-cü ildönümü münasibətilə qılıb.

Yaxın Şərq siyasəti üzrə Vaşinqton İnstitutunun eksperti Mehdi Halaci dini liderin əhəmiyyətli bir mesaj vermək istədiyi zaman cümə namazını qıldığını və bu baxımdan bunun simvolik olaraq əhəmiyyətli bir hərəkət olaraq qəbul edildiyini söyləyib.

“BBC”dən Kasra Naji Xameneyinin sonuncu dəfə Ərəb Baharının ən gərgin günlərində cümə namazını qıldığına işarə edib: “O dövrdə xütbəni ərəb dilində oxuyaraq bunun bütün ərəb dünyasında eşidilməsini təmin etmişdi. O, ərəb coğrafiyasında baş verənləri İslami Oyanış kimi təsvir edərək hadisələri idarə etmək istəmişdi. Ancaq bunu bacarmadı”.

Onun sözlərinə görə, İranın Ali dini lideri bu qərarı ilə həm də yanvarın 8-də Tehranın Xomeyni adına beynəlxalq hava limanında Ukrayna təyyarəsinin qəzaya düşməsinə səbəbkar olduğuna görə geniş tənqidlərlə qarşı-qarşıya olan İran hərbi qüvvələrinə sahib çıxdığını göstərmiş olacaq.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







ETSN: Azərbaycanda böyük bir toplum ovun qadağan olunmasını düzgün hesab edir







Yanvarda Türkiyədən Azərbaycana avtomobil ixracı artıb







Bakı polisi 1 gündə 28 cinayətin üstünü açdı







Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb


Digər Xarici Siyasət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.