21 Yan
2020
19:55
1764

21
Yan
19:55



Böyük Britaniya ABŞ-ın “Huawei” şirkətinin təhlükəsizlik təhdidləri” haqqında təqdimatından imtina edib

Böyük Britaniya ABŞ-ın “Huawei” şirkətinin təhlükəsizlik təhdidləri” haqqında təqdimatını qəbul etməkdən imtina edib.

Mənbənin verdiyi məlumata əsasən, Birləşmiş Ştatlar rəsmiləri tərəfindən müəyyənləşdirilmiş təhdid “planlaşdırma zamanı əvvəlcədən nəzərə alınıb”.

Böyük Britaniyanın Baş Naziri Boris Conson: Britaniya ictimaiyyəti ən yaxşı texnologiyadan istifadə etməyə layiqdir.

Britaniya hökuməti Donald Tramp administrasiyasının nümayəndə heyəti tərəfindən dramatik şəkildə təqdim olunan “Huawei” texnologiyalarından 5G şəbəkələrində istifadənin təhlükəsi haqqında məlumatın öz xüsusi xidmət orqanları tərəfindən nəzərə alındığını bildirib.

İmtina onunla əsaslandırılır ki, Britaniya kəşfiyyatı Çin şirkətinin bu ölkənin vətəndaşlarına təqdim etdiyi texnologiyanın təhlükəsizlik təhdidlərinin idarə edilə bilinməsinin mümkünlüyü haqqında rəyini dəyişməyəcək. Birləşmiş Krallığın “Huawei” cihazlarından istifadə edib-etməyəcəyi barədə yekun qərar məhz bu qurum tərəfindən verilməlidir.

Britaniya hökumətindəki mənbədə deyilir: Birləşmiş Ştatlar tərəfindən təqdim edilən materialda əks olunan təhlükə əvvəlcədən də tərəfimizdən müəyyən edilib və planlaşdırma zamanı nəzərə alınıb”.

Bazar ertəsi günü D.Tramp administrasiyasının yüksək vəzifəli məmurlarından ibarət nümayəndə heyəti “Huawei” tərəfindən iddia olunan təhlükəsizlik təhdidlərinə aid yeni texniki sübutları nümayiş etdirmək üçün Birləşmiş Krallığa səfər edib və Britaniyadan 5G texnologiyasına tam qadağa qoyulmasını xahiş edib.

Müvafiq rəsmilər və nazirlərlə görüşlərdən sonra jurnalistlər üçün təşkil edilmiş qısa brifinqdə nümayəndə heyətinin üzvlərindən biri Böyük Britaniyanın “Huawei” tərəfindən təqdim olunan yüksəksürətli 5G mobil telefon şəbəkəsindən istifadəyə icazə verməsinin “ağılsızlıqdan başqa bir şey olmayacağını” bildirib.

Heyət üzvlərindən biri Çinin gələcəkdə “Huawei” cihazlarının proqram təminatındakı nasazlıqdan izləmə məqsədilə istifadə edə biləcəyini bildirsə də, ABŞ rəsmiləri təqdim etdikləri dosyelərin konkret nədən ibarət olduğunu açıqlaya bilməyəcəklərini deyib.

“Huawei” cihazlarındakı nasazlıqlar Çin Kommunist Partiyasının ictimaiyyəti təsir altında saxlaması üçün şəxsi məlumatların toplanması məqsədilə qəsdən yaradılıb”, - deyə rəsmilərdən biri qeyd edib.

Keçən ilin yazında Böyük Britaniyanın sabiq Baş Naziri Tereza Mey tərəfindən qəbul edilmiş 5G şəbəkəsinin “qeyri-özül” sahələrində “Huawei” cihazlarının istifadəsinin məqbul hesab edilməsi haqqında ilkin qərardan sonra, Birləşmiş Krallıq “Huawei” haqqında yekun qərarını tezliklə qəbul etməlidir.

ABŞ nümayəndə heyəti səfər zamanı nazirlərlə yanaşı, xüsusi xidmət orqanları ilə də görüşlər keçirib. Eyni zamanda, ötən həftə İran böhranının zirvədə olduğu bir vaxtda Vaşinqtonda səfərdə olan Xarici İşlər naziri Dominik Raabla da bu mövzuda danışıqlar aparılıb.

Mühafizəkarlar partiyasından olan deputat Bob Sili Böyük Britaniyanın “gələcəkdə peşman olacağı qərarı gözüyumulu qəbul etmək yolunda” təhlükədə olduğu barədə xəbərdarlıq edib. B.Sili yekun qərarın parlamentin tərkibinin təsdiqindən sonra verilməsinin labüdlüyünü bildirib. O, “ConservativeHome” internet səhifəsində “Xarici kəşfiyyat və təhlükəsizlik komitələrinə təyin ediləcək yeni sədr dərhal “Huawei” məhsullarının istifadəyə yararlılığı haqqında araşdırmaya başlamalıdır” çağırışını edib.

ABŞ nümayəndə heyəti yeni kəşfiyyat materialları ilə yanaşı, şirkət haqqında yeni şübhələrin yaranmasına səbəb olan hesabatlar da təqdim edib. Bu hesabatlardan biri “Huawei” şirkətinin əməkdaşlarının tərcümeyi-halları haqqında olub. Təhqiqata əsasən, şirkətin 100 nəfərədək əməkdaşının Çinin hərbi və kəşfiyyat qurumları ilə bağlantıları mövcuddur.

Bundan əvvəl Boris Conson “Huawei” texnologiyasına alternativ variant təklif etmək öhdəliyinin rəsmi Vaşinqtonun üzərində olduğunu bildirərək Böyük Britaniya və ABŞ arasındakı kəşfiyyat məlumatlarının mübadiləsi haqqında razılaşmanı təhlükə altına qoymaq istəmədiyini də əlavə edib.

Yeni ildə ilk müsahibəsini “BBC Breakfast” verilişinə verdiyi zaman Baş Nazir deyib: “Britaniya ictimaiyyəti ən yaxşı texnologiyadan istifadə etməyə layiqdir. Biz hər kəs üçün geniş qiqabit zolaqlı internet təqdim etmək istəyirik. Əgər insanlar bir şirkətə müxalif çıxırlarsa, bizə alternativ variant da təklif olunmalıdır”.

Eyni zamanda, o əlavə edib: “Digər tərəfdən, gəlin səmimi olaq. Birləşmiş Krallığın Baş Naziri olaraq mən, milli təhlükəsizliyimizə və ya “Five Eyes” Alyansındakı tərəfdaşlarımız ilə (Böyük Britaniya, Kanada, ABŞ, Yeni Zelandiya və Avstraliya) əməkdaşlığımıza xələl gətirəcək hər hansı bir infrastruktur qurmaq istəmirəm”.

ABŞ rəsmiləri gələcəkdə Böyük Britaniya ilə kəşfiyyat məlumatlarının mübadiləsinə xitam verilə biləcəyi barədə xəbərdarlıq edib və Britaniyanın 5G şəbəkəsində “Huawei” avadanlığından hər hansı istifadənin qarşısıalınmaz təhlükəsizlik təhdidlərinə səbəb olacağını iddia edib.

“Huawei” şirkəti İngiltərə hökumətinin yekun qərarını “əsassız iddialara deyil, dəlillərə əsaslanaraq” verəcəyinə əmin olduğunu bildirib. Şirkət təqdim etdiyi texnologiyaların Çin tərəfindən nəzarət üçün istifadəsinin mümkünlüyünü inkar edib və bir çox qərb şirkətlərinin də əvvəllər xüsusi xidmət orqanları ilə əlaqəsi olmuş işçilərinin olduğunu bəyan edib.

Şirkətin vitse-prezidenti Viktor Çjan deyib: “Biz Baş Nazirin Böyük Britaniya ictimaiyyətinin ən yaxşı texnologiyalardan istifadə etməyə layiq olması ilə bağlı fikri ilə tamamilə razıyıq”.


Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







ETSN: Azərbaycanda böyük bir toplum ovun qadağan olunmasını düzgün hesab edir







Yanvarda Türkiyədən Azərbaycana avtomobil ixracı artıb







Bakı polisi 1 gündə 28 cinayətin üstünü açdı







Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb


Digər Xarici Siyasət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.