24 Yan
2020
03:00
860

24
Yan
03:00



Elmar Məmmədyarov: Çili ilə ikitərəfli və çoxtərəfli dialoq inkişaf edir

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Çilinin Xarici İşlər naziri Teodoro Ribera Neumann iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktublarının mübadiləsi həyata keçiriblər.

Nazirlikdən XeberOxu.Az-a verilən məlumata görə, E.Məmmədyarov məktubunda həmkarı Azərbaycan Respublikası ilə Çili Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə həmkarı Teodoro Ribera Neumannı təbrik edib.

Məktubda E.Məmmədyarov qeyd edib ki, iki dövlət arasında dostluq və qarşılıqlı anlaşma ruhunda genişlənən əməkdaşlıq ikitərəfli və çoxtərəfli dialoqun inkişaf etdirilməsinə imkan verib. Nazir hər iki ölkədə səfirliklərin açılmasının və ötən il Çiliyə rəsmi səfərinin ikitərəfli əlaqələrin inkişafına yeni təkan verəcəyini ifadə edib.

Nazir Çilinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində də qeyd olunduğu kimi, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həlli istiqamətində göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Xarici İşlər naziri ötən illər ərzində qurulan əməkdaşlığın hazırkı səviyyəsinin və gələcək tərəfdaşlıq üçün mövcud potensialın iki ölkə arasında əməkdaşlığın ortaq maraqlar naminə daha da genişləndirilməsi üçün böyük imkanlar açdığını qeyd edib. Nazir, ortaq maraq və dəyərlərə əsaslanan iki ölkə arasında mövcud çoxşaxəli əməkdaşlığın inkişafı, xüsusilə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi, eləcə də Sakit Okean Alyansına müşahidəçi kimi üzvlüyü çərçivəsində əlaqələrin gücləndirilməsi istiqamətində birgə səylərin davam etdiriləcəyinə əmin olduğunu bildirib.

Öz növbəsində Çilinin Xarici İşlər naziri Teodoro Ribera Neumann, Çili ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə təbriklərini çatdırıb.

Nazir Teodoro Ribera Neumann hər iki ölkədə səfirliklərin açılmasının əhəmiyyətini qeyd edib və E.Məmmədyarovun 2019-cu ildə Çiliyə rəsmi səfərini vurğulayaraq səfər çərçivəsində keçirilən səmərəli görüşlərin ikitərəfli əlaqələrin inkişafına müsbət təsir göstərəcəyini bildirib.

Çili Xarici İşlər naziri Azərbaycanın Sakit Okean Alyansına müşahidəçi ölkə kimi üzv olmasını Çili və Azərbaycan arasında əməkdaşlığın inkişafında əhəmiyyətli hadisə kimi dəyərləndirib. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi müddətində ölkəmizə uğurlar arzu edib.

Nazir Çili və Azərbaycan arasında əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi və möhkəmləndirilməsi üçün aparılan birgə səylərin davam etdiriləcəyinə əminliyini ifadə edib.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Güclü külək Xırdalanda fəsadlara səbəb oldu - VİDEO







Bakıda taksi sürücüsünü hədələyib pulunu və telefonunu aldılar







Şəkidə iki "VAZ" toqquşub, 1 nəfər ölüb







Kürdəxanıda yolu keçən qadını avtomobil vurub öldürdü


Digər Siyasət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.