24 Yan
2020
19:29
868

24
Yan
19:29



Tovuzda 3 ustanı elektrik cərəyanı vurması faktı ilə bağlı cinayət işi başlanıb

Yanvarın 23-də Tovuz rayonunun Əyyublu kəndində yerləşən “Polatyol Yapı” şirkətinin ərazisində həyata keçirilən tikinti işləri zamanı 3 nəfər ustanın elektrik cərəyanı vurması nəticəsində xəsarət alamaları faktı ilə bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.1-ci (texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması) maddəsi ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən XeberOxu.Az-a verilən məlumata görə, iş üzrə məhkəmə-tibb, məhkəmə-təhlükəsizlik texnikası ekspertizaları təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış istintaqla müəyyən edilib ki, qeyd edilən tarixdə həmin şirkətin ərazisində aparılan yol-tikinti quraşdırma işləri zamanı ustalar - 1992-ci il təvəllüdlü Nihad Xudai, 1980-ci il təvəllüdlü Ayət Abduləzov və 1975-ci il təvəllüdlü Sulidin Abduləzov tikinti meydançasında olan qaldırıcı kranın yüksək gərginlikli elektrik naqilinə toxunması nəticəsində xəsarət alaraq Gəncə şəhər Mərkəzi Klinikasına yerləşdiriliblər.

Hazırda N.Xudainin vəziyyəti ağır, A.Abduləzov və S.Abduləzovun vəziyyəti isə orta-ağır qiymətlədirilməklə stasionar şəraitdə müalicələri davam etdirilir.

Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Güclü külək Xırdalanda fəsadlara səbəb oldu - VİDEO







Bakıda taksi sürücüsünü hədələyib pulunu və telefonunu aldılar







Şəkidə iki "VAZ" toqquşub, 1 nəfər ölüb







Kürdəxanıda yolu keçən qadını avtomobil vurub öldürdü


Digər HADiSƏ xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.