14 Fev
2020
11:45
734

14
Fev
11:45



Elmar Məmmədyarov Aİ-nin xüsusi nümayəndəsi ilə görüşüb

Xarici İşlər naziri Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlikdən Xeberoxu.az-a verilən məlumata görə, T.Klaar Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduğunu və görüş zamanı faydalı müzakirələrin aparıldığını bildirib.

E.Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin hazırkı vəziyyəti, o cümlədən cari ilin 28-30 yanvar tarixlərində Cenevrədə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə baş tutmuş görüşü və aparılmış müzakirələr haqqında qarşı tərəfi məlumatlandırdı. Habelə, nazir Elmar Məmmədyarov münaqişənin Helsinki Yekun Aktının prinsipləri əsasında tezliklə həllinin substantiv aspektləri üzrə ətraflı müzakirələrin əhəmiyyətini vurğulayıb.

Həmçinin görüş zamanı Azərbaycan ilə Avropa İttifaqı əməkdaşlığının gündəliyində duran müxtəlif məsələlər, eləcə də qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda sevgililər özlərini dənizə atdılar - Qız öldü - TƏFƏRRÜAT







Bakıda eve oğurluqa girən qadını iş başında tutuldu -Video (18+)







Sürücü diqqətsizliyi qəzanı qaçılmaz etdi - VİDEO







Bakıda gecə saatlarında qəzaya uğrayan avtomobil yandı (VİDEO)


Digər Gündəm xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.