Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



20 Iyun
2019
13:06
828

20
Iyun
13:06



Elmar Məmmədyarov: Azərbaycan QDİƏT-ə üzv olan ölkələrdə sülh, sabitlik və inkişafın artırılması istiqamətində səyləri artırmağa çağırır

Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrdə sülh, sabitlik və inkişafın artırılması istiqamətində səyləri artırmağa çağırır.

XeberOxu.az-ın məlumatına görə, bu barədə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin 53-cü Baş Assambleyasının iclasına təbrik məktubunda deyilir.

Təbrik məktubunda bildirilir ki, bu qurumun fəaliyyəti qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyır.

E.Məmmədyarov vurğulayıb ki, QDİƏT-in tam hüquqlu üzvü olaraq Azərbaycan üçün ticarət, nəqliyyat, energetika, turizm, kənd təsərrüfatı, İKT sahəsində əməkdaşlıq önəmlidir:

Nazir bildirib ki, bununla yanaşı, Azərbaycan QDİƏT-ə sədrlik etdiyi dövrdə ticarət vasitəsi ilə əlaqələri gücləndirmək və regional ticarətlə bağlı bir sıra tədbirlər həyata keçirib: “Eyni zamanda sərhədlərdən keçmə, əməkdaşlığın inkişafı istiqamətində səylər göstərilib. Ümidvaram ki, növbəti ölkənin sədrliyi dövründə əməkdaşlığın belə vacib sahələri həmişə diqqət mərkəzində olacaq”.

E.Məmmədyarov məktubunda qeyd edib ki, Qara dəniz regionunun rifahı gələcəkdə mehriban qonşuluq, qarşılıqlı anlaşma və tolerantlıq yolu ilə təmin oluna bilər. Onun sözlərinə görə, bu baxımdan İstanbul sammitinin Bəyannaməsində nəzərdə tutulan prinsiplərə uyğun olaraq, Azərbayan QDİƏT dövlətlərində sülh, sabitlik və inkişafın artırılması istiqamətində səyləri gücləndirməyə çağırır: “Baş Assambleyaya uğurlu işlər arzu edirəm. İnanıram ki, görülən işlər əməkdaşlığımıza təkan verəcək”.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda xanım sürücü qəza törədib







Arvadını döyüb balkondan atdı, sonra da yatdı.







Piyada keçidinin 5-10 metr yaxınlığından keçən piyadalar da var - REYD







Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyüldü


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az