Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



12 Iyun
2019
21:36
1200

12
Iyun
21:36



Elmar Məmmədyarov TBMM sədrinin müavininin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Nazir Elmar Məmmədyarov Türkiyə Böyük Millət Məclisi (TBMM) Sədrinin müavini Sürəyya Sədi Bilgicin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

Xeberoxu.az-ın XİN-ə istinadən verdiyi məlumata görə, nazir Elmar Məmmədyarov Sürəyya Sadi Bilgici ölkəmizdə salamlamaqdan məmnunluq hissi keçirdiyini diqqətə çatdıraraq, bu səfərin iki ölkə arasında olan qardaşlıq əlaqələrinin inkişafına öz müsbət təsirini göstərəcəyini vurğuladı.

Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən TBMM Sədrinin müavini Sürəyya Sədi Bilgic ölkəmizə səfəri çərçivəsində keçirdikləri görüşləri, xüsusilə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduqlarını məmnunluqla qeyd etdi və aparılmış fikir mübadiləsini yüksək dəyərləndirdi.

Tərəflər Bakıda keçirilən Regional Təhlükəsizlik və Əməkdaşlıq üzrə Parlament Konfransı və Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platformasının təsis konfransından bəhs edərək, bu təşəbbüsün beynəlxalq parlamentlərarası əməkdaşlığın inkişafına böyük töhfə verəcəyini bildirdilər.

Nazir Elmar Məmmədyarov iki qardaş ölkə arasında əməkdaşlıq münasibətlərinin daha da irəli aparılması baxımından parlament fəaliyyətini yüksək qiymətləndirdi və parlamentarilər arasında eyni zamanda müvafiq beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın önəmini bildirdi.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi apardılar.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda xanım sürücü qəza törədib







Arvadını döyüb balkondan atdı, sonra da yatdı.







Piyada keçidinin 5-10 metr yaxınlığından keçən piyadalar da var - REYD







Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyüldü


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az