Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



18 Sen
2019
03:30
777

18
Sen
03:30



Heydər Əliyevin doğum günü ilə bağlı YAP-ın keçirdiyi müsabiqənin qalibləri ilə görüş olub

Dünən Heydər Əliyevin doğum günü ilə bağlı Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən keçirilən müsabiqənin qalibləri ilə görüş olub.

Xeberoxu.Az-ın məlumatına görə, görüşdə YAP sədrinin müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP icra katibinin müavini Mübariz Qurbanlı iştirak edib.

Tədbiri giriş sözü ilə açan Ə.Əhmədov Heydər Əliyevin gənclərə, o cümlədən tələbələrə diqqət və qayğısından danışıb.

Ə.Əhmədov bildirib ki, 15 ildir ki, Azərbaycanda Heydər Əliyevin doğum günü ilə bağlı məktəblilərin yarış müsabiqəsi keçirilir:

“YAP həmin müsabiqənin qalibləri ali məktəblərə daxil olanda onlara təqaüd təyin edilməsi ilə bağlı qərar qəbul edib. Bu illər ərzində YAP-ın təqaüdünü alan çox sayda tələbə olub. Bu gün burada toplananlar ikinci və yuxarı kurs tələbələridir. Bizim həmin tələbələrlə görüşümüz onların təhsilləri ilə maraqlanmaq məqsədi daşıyır”.

Daha sonra tədbir çıxışlarla davam edib.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda silsilə oğurluqlar edən Ağdaş sakini saxlanıldı







Bakı Dövlət Sirki köçür?







DİN qanunsuz aksiya keçirmək istəyənlərə xəbərdarlıq edib - VİDEO







Baş həkim Xocavənd RİH əməkdaşının ölüm SƏBƏBİNİ açıqladı


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az