Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



18 Sen
2019
13:10
1581

18
Sen
13:10



Şimşək çaxacaq, yağış yağacaq

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XeberOxu.Az-a  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 19-da hava yağmursuz olacaq, cənub-qərb küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 18-21, gündüz 27-31, Bakıda gecə 19-21, gündüz 29-31 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında sentyabrın 19-da hava əsasən yağmursuz keçəcək. Lakin axşam saatlarında bəzi dağlıq rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə sabah Abşeron yarımadasında gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda silsilə oğurluqlar edən Ağdaş sakini saxlanıldı







Bakı Dövlət Sirki köçür?







DİN qanunsuz aksiya keçirmək istəyənlərə xəbərdarlıq edib - VİDEO







Baş həkim Xocavənd RİH əməkdaşının ölüm SƏBƏBİNİ açıqladı


Digər Hava proqnozu xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az