Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



18 Sen
2019
19:29
702

18
Sen
19:29



Son illər Azərbaycanda yeniyetmə anaların sayı artıb – Ekspert səbəblərdən danışdı

Son illər ərzində Azərbaycanda həm yaşı 16-dək olan, həm də 16 yaşda olan qadınlar tərəfindən doğulan uşaqların sayı artıb. 2000-ci ildə 16 yaşa qədər qadınlar tərəfindən 24 uşaq,16 yaşda olan qadınlar tərəfindən 319 uşaq doğulub. Bu say sonrakı illərdə 2000-ci illə müqayisədə yalnız artmağa doğru dəyişib. Ötən il isə 545 uşaq yaşı 16-dək və 16 yaşda olan qadınlar tərəfindən doğulub. 

Bəs bu artımın səbəbi nədir? Nə üçün 20 il ərzində azalma yox, artım müşahidə olunur?
Xeberoxu.Az  xəbər verir ki, mövzu ilə əlaqədar sosioloq Əhməd Qəşəmoğlu “Yeni Sabah”a danışıb. O qeyd edib ki, bunun səbəbi cəmiyyətdə mənəvi dəyərlərin əriməsidir. 

“Bunun səbəbi bizim əxlaqi-mənəvi dəyərlərimizdə olan aşınmalardır. İndi siz təsəvvür edin ki, bu qədər uşaq doğulub, amma uşağı olmayan, evli olan azyaşlı qızların sayı bundan 10 dəfə çoxdur. Bəli, təəssüflər olsun ki, belə azyaşlı qızların sayları durmadan artır. Kimlərsə fikirləşir ki, bunlar müasirlirlik əlamətidir, qloballaşma gedir, bunlar yalan sözlərdir. Belə vəziyyətlərin yaranmasının  mütləq qarşısı alınmalıdır. Bütün tarix göstərir ki, hansı cəmiyyətdə mənəvi dəyərlər yüksəkdir, belə hallarda cəmiyyət özü-özünü tənzim edir. Harada ki, belə dəyərlər yoxa çıxır, o vaxt cəmiyyət də məhv olur. Təəssüf ki, bizdə də artıq mənəvi dəyərlər gözdən düşür. Bunlarla elmi təminat olsa, məşğul olmaq olar. Bəziləri bunu dövrün üstünə atır. Bəli, dövranın da təsiri var. Bəziləri deyir ki, maarifləndirmənin zəif aparılmasındandır. Bəli, maarifləndirmə də heç düzgün qurulmuyub. İstər təhsildə, istərsə də cəmiyyətimizdə kifayət qədər boşluqlar var. Ona görə də belə hallarla rastlaşırıq”.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda silsilə oğurluqlar edən Ağdaş sakini saxlanıldı







Bakı Dövlət Sirki köçür?







DİN qanunsuz aksiya keçirmək istəyənlərə xəbərdarlıq edib - VİDEO







Baş həkim Xocavənd RİH əməkdaşının ölüm SƏBƏBİNİ açıqladı


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az