Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



18 Sen
2019
19:44
648

18
Sen
19:44



Nazirlik: Ermənistan və Gürcüstandan çirkab suları birbaşa Kür və Araza axıdılır

“Sentyabr ayının I ongünlüyündə Kür çayında suyun sərfi avqust ayının III ongünlüyünə nisbətən 31 m3/san artaraq 133 m3/san təşkil edib”. 

Xeberoxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssisi Gülnarə Abbasova deyib. O bildirib ki, monitorinqin nəticələrinə əsasən, Kür və Araz çaylarının yuxarı axınında yerləşən Gürcüstan və Ermənistan respublikalarının ərazilərindən bu su obyektlərinə lazımi təmizlənmə aparılmadan əksər hallarda isə birbaşa axıdılan məişət və sənaye mənşəli çirkab suların təsiri nəticəsində çaylarda bəzi zərərli maddələrin miqdarı sanitar-ekoloji normadan artıq olması müşahidə olunub:

“Sərhəddən keçdikdən sonra Kür çayı -Şıxlı-2, Ağstafaçay, Ağstafa su anbarında, Araz çayının Horadiz, Bəhramtəpə və I Şahsevən məntəqələrində spesifik çirkləndiricilərin miqdarının normadan çox olması müəyyənləşdirilib. Suyun oksigen rejimi bütün məntəqələrdə 4,9 -6,90 mq/l arasında dəyişib.

Sentyabr ayının I ongünlüyündə aparılan monitorinqlərin fiziki-kimyəvi analiz nəticələrinə görə suyun tərkibində fenollar aşağıdakı məntəqələr üzrə Kür-Şıxlı-2-də 1,2 , Agstafa s\a Musaköy k.-də 1,2, Ağstafaçay-Qazax şəhərində isə 1,8 dəfə normanı keçib. Araz çayı-Horadiz, Araz çayı-Bəhramtəpə və Araz çayı-I Şahsevən məntəqələrində isə fenollar 1,9-2,5 dəfə normanı keçib. Biogen maddələrin isə yol verilən qatılıq həddini (YVQH) keçdiyi qeydə alınmayıb”.

Xatıqladaq ki, 18 sentyabr  Ümumdünya Su Monitorinqi Günüdür. Bu gün Amerika Təmiz Su Fondu tərəfindən su obyektlərinin çirklənməsi haqqında dünya ictimaiyyətini məlumatlandırmaq məqsədilə 2003-cü ildə təsis edilib və həmin gün dünyanın bir çox ölkəsində qeyd edilir.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







TərTərdə 15 yaşlı qız ağacdan yıxılıb







"26-lar" kafesinin sahibinin oğlu, “Gelandevagen”li Qasımov niyə bıçaqlanıb?







Ən təhlükəli xərçəng növü - Ondan necə qorunmalı?







Azərbaycanda iki uşaq anasından DƏHŞƏTLİ ƏMƏL


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az