Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



19 Sen
2019
11:33
639

19
Sen
11:33



“Azərişıq” əməkdaşlarının öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb

Quba rayonunda ölümlə nətəicələnən yol qəzası faktına görə cinayət işi başlanılıb.

Xeberoxu.Az xəbər verir ki, Quba rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırılan işlə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, hadisə ötən gün Quba rayon ərazisində “Azərişıq” ASC-nin Şimal Regional İdarəsinin Sumqayıt bölməsinin əməkdaşlarının yüksək gərginlikli elektrik xətlərinə baxış keçirməyə gedərkən baş verib.

Belə ki, UAZ markalı avtomobil Söhüb kəndi ərazisində yamacdaykən texniki nasazlıq yaranıb və nəqliyyat vasitəsi dərəyə yuvarlanıb.

Nəticədə avtomobildə olan Namik Rüstəmov və Zahid Qurbanov hadisə yerində ölüb, sürücü İlkin adlı şəxs və avtomobildə olan Saleh adlı digər şəxs isə yaralanıb.

Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda silsilə oğurluqlar edən Ağdaş sakini saxlanıldı







Bakı Dövlət Sirki köçür?







DİN qanunsuz aksiya keçirmək istəyənlərə xəbərdarlıq edib - VİDEO







Baş həkim Xocavənd RİH əməkdaşının ölüm SƏBƏBİNİ açıqladı


Digər HADiSƏ xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az