Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



19 Sen
2019
21:05
501

19
Sen
21:05



Rasim Məmmədov: “BNA-nın işinə mane olmayın…”
“Bakı Nəqliyyat Agentliyinin işçiləri tərəfindən şəhərimizdəki tıxacların aradan qaldırılması məqsədilə qeyri-qanuni dayanacaqlarla bağlı aparılan əməliyyat  tədbirlərinə əhalinin bir sıra nümayəndələrinin narazılıqlarını düzgün hesab etmirəm”.

İctimai Nəzarət Koalisiyasının sədri, DAMM-nın I vitse-prezidenti, SİMİB rəhbəri Rasim Məmmədovun ölkə vətəndaşlarının problemlərinə ictimai nəzarət çərçivəsində həyata keçirilən təbliğat kompaniyası nəqliyyat sahəsindəki xidmət və asayişin qorunması ilə bağlı əhəmiyyətli işləri yüksək qiymətləndirmişdir. Rasim Məmmədov eyni zamanda bildirmişdir ki, Bakı şəhərindəki  5 milyona yaxın insanın ictimai və şəxsi nəqliyyatdan imkan dairəsində rahat istifadə etməsi və süni maneələrlə qarşılaşmaması üçün gücləndirilmiş iş rejimi ilə işləyən nəqliyyat agentliyinin nümayəndələrinə qarşı birbaşa ünsiyyətdə və sosial şəbəkələrdəki aqressiv çıxışları, şər və böhtanları  Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinə kölgə salmaqdan, eyni zamanda bu gərgin fəaliyyətin operativliyinə əngəl törətməkdən başqa bir şey deyil.

R.Məmmədov şəxsi mənafelərini üstün tutan insanlara deyil, şəhərin qlobal miqyasda inkişaf edən nəqliyyat strukturundakı fəaliyyət nümunələrinin əhalinin rahatlığının təminatının qorunmasına xidmət etməsinə daha çox diqqət ayırmağın vacibliyini  vurğulamışdır.

Onu da qeyd edək ki, İctimai Nəzarət Koalisiyasının Nəqliyyat, Rabitə Sahələrinə Nəzarət Departamentinin sədri Bayram Şərifovun başçılıq etdiyi işçi qrupu Bakı şəhərində, eyni zamanda respublikanın digər şəhər və rayon mərkəzlərinə nəqliyyatın fəaliyyətinə və sərnişin daşınmasında problemlərin həllinə nəzarət istiqamətində aparılan işlər zamanı nəqliyyat vasitəsi idarəçilərinin fəaliyyətində məsuliyyətsizlik və qanunsuzluq hallarının şahidi olmuşlar. Bu kimi halların aradan qaldırılması istiqamətində təbliğat işləri davam etməkdədir. (Avtosfer.az)
Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda silsilə oğurluqlar edən Ağdaş sakini saxlanıldı







Bakı Dövlət Sirki köçür?







DİN qanunsuz aksiya keçirmək istəyənlərə xəbərdarlıq edib - VİDEO







Baş həkim Xocavənd RİH əməkdaşının ölüm SƏBƏBİNİ açıqladı


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az