Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



23 Avq
2019
08:13
2115

23
Avq
08:13



Üztanıma funksiyalı eynəklərin sınaqları keçirilir


Texnologiyanın daha bir nailiyyəti - üztanıma funksiyalı eynəklərin sınaqları keçirilir.

XeberOxu.az xəbər verir ki, AZƏRTACTASS agentliyinə istinadla xəbər verir ki, “NtechLab” şirkətində hazırlanan bu eynəklərin sınaqları bu ilin payızında yekunlaşacaq və bundan sonra onların kütləvi istehsalına başlanacaq.

Qeyd olunur ki, üztanıma funksiyalı eynəklərin təcrübə mərhələsində istismarını Moskva şəhərinin İnformasiya texnologiyaları departamenti həyata keçirəcək. Yeni texnoloji ixtiranın özəlliyi ondan ibarətdir ki, eynəklərin vasitəsilə cinayətdə şübhəli bilinən və ya digər səbəblərdən axtarılan şəxsi ən sıx insan kütləsinin arasında da müəyyən etmək mümkün olacaq. Belə ki, eynəyin linzasında olan cihaz həmin şəxsin məlumatlarını operativ şəkildə təhlil edərək mərkəzə ötürəcək. Şirkətin mütəxəssislərinin sözlərinə görə, yaxınlıqdakı mobil cihazların siqnallarının yaratdığı maneələrlə bağlı son detallar, habelə batareyaların fəaliyyəti təkmilləşdirilir.

“NtechLab” şirkəti layihənin texniki reallaşdırılması ilə məşğul olur və müvafiq proqramı hazırlayır. Eynəklər isə müxtəlif istehsalçıların məhsulu ola bilər.

Üztanıma funksiyalı eynəklərin Rusiyanın iri şəhərlərinin polis orqanlarında istifadə olunacağı bildirilir. Layihənin müəllifləri bildiriblər ki, qanun keşikçiləri onların köməyi ilə cinayətkarı hər hansı qələbəlikdə aşkar edə bilərlər, çünki bu eynəklər maksimum 1 saniyə ərzində bir neçə milyard fotoşəkil olan bazadan həmin şəxsi axtarıb tapacaq.


 

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Prezident Akif Əlizadəni təltif etdi







Məzahir Pənahova yeni müavin seçildi







İlham Əliyevdən Ramiz Mehdiyevlə bağlı daha bir - SƏRƏNCAM







Yeni Baş nazir bu şəxslərə yüksək vəzifə verdi


Digər Elektronika xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az