10 Sen 2019
19:45
![]() |
10
Sen 19:45
![]() Sentyabrın 28-də “Jizel” baleti oynanılacaq Sentyabrın 28-də XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Adolf Adanın “Jizel” baletinin tamaşası keçiriləcək. Xeberoxu.Az-ın məlumatına görə, tamaşada Jizel partiyasını teatrın balet truppasının aparıcı solisti, Əməkdar artist Nigar İbrahimova ifa edəcək. Tamaşanın professional səviyyəsini yüksəltmək məqsədilə əsas partiyalardan birini - qraf Albert partiyasını ifa etmək üçün Ukrayna Milli Operasının solisti, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Stanislav Olşanski dəvət edilib. Tamaşada həmçinin Əməkdar artist Elmira Süleymanova (Mirta), aparıcı solist Anar Mikayılov (Meşəbəyi Hans) və başqaları da çıxış edəcəklər. Tamaşanı teatrın baş dirijoru, Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və "Humay" milli mükafatının laureatı Əyyub Quliyev idarə edəcək. Məqalə:
Xeberoxu.az ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
|
Ən Çox Oxunanlar
Ata uşaqlarını döyüb və əllərini yandırdı Bakıda - Video
Altı yaşlı qız dəm qazından ölüb
İtkin düşən Nərminin atası: "Qızımı qardaşım oğurlamayıb"
Bakıda minik avtomobilinin banında qadın meyiti aşkarlanıb
|