Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



17 Sen
2019
21:39
1383

17
Sen
21:39



Belarusun Böyük Teatrında 87-ci teatr mövsümünün açılışı olub

15 sentyabr 2019-cu il tarixdə Belarusun Böyük Teatrında 87-ci teatr mövsümünün açılışı olub. Mövsümün açılışı üçün Aleksandr Borodinin “Knyaz İqor” operasının premyerası keçirilib.

Xeberoxu.Az-ın məlumatına görə, operanın baş rollarından biri olan tatar xanı Konçakın rolunun ifası üçün Azərbaycanın xalq artisti Əli Əsgərov dəvət olunub. Əli Əsgərovun son dərəcə gur səsi və yüksək ifaçılıq sənəti tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb və uzun alqışlarla müşayiət edilib.

Səfir Lətif Qəndilov tamaşadan sonra Əli Əsgərovla görüşüb, premyeradakı uğurlu çıxışına görə təbrik edib və Azərbaycanın opera ifaçılıq sənətini yüksək səviyyədə təmsil etdiyi üçün təşəkkürünü bildirib. Səfir Belarus Böyük Teatrının direktoru Qridyuşko Vladimirlə, baş rejissoru və digər nümayəndələri ilə görüşüb və Azərbaycanın Dövlət Akademik Opera və Balet Teatrı ilə əməkdaşlıq etdiklərinə və Azərbaycan ifaçılarını buraya dəvət etdiklərinə görə təşəkkürünü bildirib.

Q.Vladimir Azərbaycanın Opera və Balet Teatrı ilə əməkdaşlığın ənənəvi xarakter daşıdığını söyləyib, Belarus Böyük Teatrında Qara Qarayevin, Polad Bülbüloğlunun əsərlərinin səhnəyə qoyulduğunu, Yalçın Adıgözəlov, Əyyub Quliyev kimi drijorların və solist Afaq Abbasovanın çıxış etdiklərini bildirib. Q.Vladimir əməkdaşlığın bundan sonra da davam edəcəyini söyləyib.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda silsilə oğurluqlar edən Ağdaş sakini saxlanıldı







Bakı Dövlət Sirki köçür?







DİN qanunsuz aksiya keçirmək istəyənlərə xəbərdarlıq edib - VİDEO







Baş həkim Xocavənd RİH əməkdaşının ölüm SƏBƏBİNİ açıqladı


Digər Mədəniyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az