Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



19 Sen
2019
11:53
753

19
Sen
11:53



“Xətai” metrostansiyasında nasazlıq: eskalator xarab oldu
Bu gün səhər saatlarında yeni istifadəyə verilmiş “Xətai” stansiyasında eskalator qəfil dayanıb.

Xeberoxu.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şahidlərinin bildirdiyinə görə, bu zaman bir qadının halı pisləşib və yıxlıb.

Bu zaman gənclərdən biri ona yardım edərək yuxarıya qaldırıb. Sərnişinlərin bildirdiyinə görə, bu vəziyyət ötən gün də baş verib. Onlar yeni istifadəyə verilmiş eskalatorun qəfil dayanmasının səbəbini sorğulayırlar.

Məsələ ilə bağlı Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovla əlaqə saxlayıb. O bildirib ki, ötən gün baş verən dayanma sərnişinlərdən birinin ehtiyatsız davranması səbəbindən olub:

“Belə ki, yeni eskalatorlarda stop düyməsi var. Köhnə eskalatorlarda isə bu düymə açar formasındadır. Sərnişinlərdən kimsə ötən gün bir dəfə düyməni sıxıb. Nəticədə eskalatorların hərəkəti dayanıb.Onu qeyd edim ki, stansiyalarda yeni qurulan eskalatorlar daimi nəzarət altındadır. Sərnişinlər də görür ki, əməkdaşlarım hər gün baxış keçirir, təhlillər aparır. Çünki eskalator bir neçə gündür ki, sərnişin yükü altında işləyir.

Bu, təhlükəsizlik tədbiridir və texniki normativlərə əsasən baxılmalıdır.Biz sərnişinlərə bu düymələrlə bağlı xəbərdarlıq edirik.

Bu gün səhər dayanmanın səbəbi isə plastik maddə qırıntısının eskalatora düşməsidir. Eskalatora hər hansı bir qırıntı düşdüyü halda, sistem bununla bağlı siqnal verir.

Əməkdaşlar isə bu zaman təhlükəsizlik baxımından eskalatoru saxlamalıdır və baxış keçirməlidir. 2 dəqiqə müddətində eskalatora baxış keçirilib və sonra qoşulub”.
Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Şəkidə arxeoloji qazıntılar zamanı dronlardan istifadə olunub







Beyləqanda 2 otaqlı yanğın olub, xəsarət alan var







Elton Türkiyəyə köçür







Birinci vitse-prezident Mehriban Əliyeva: Gözəl diyar Azərbaycan!


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az