Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



19 Sen
2019
13:27
1026

19
Sen
13:27



Bakıda "Volkswagen Passat” Gülgünü belə vurub öldürdü - ANBAAN VİDEO
İki gün əvvəl Bakıda gənc qızın ölümünə səbəb olan dəhşətli hadisənin görüntüləri üzə çıxıb.

Xeberoxu.Az "criminal.az"a istinadən xəbər verir ki, hadisə sentyabrın 17-də, saat 21:00 radələrində Nəsimi rayonu, Vaqif prospektində baş verib.

Ramal Məmmədovun idarə etdiyi "Volkswagen Passat” markalı 10-GN-002 dövlət qeydiyyat nişanlı avtomobillə piyada zolağında yolu keçən 25 yaşlı Gülgün Əmiraslanlını vurub. 

Video görüntülərdən görünür ki, N.Əmirazlanlı işıqforun yaşıl işığının yanmasını gözləyir və avtomobillərin hərəkəti dayandıqdan sonra yolu keçmək istəyir.

Bu zaman işıqforun qırmızı işığına məhəl qoymayan və yüksək sürətlə hərəkət edən "Volkswagen Passat” G.Əmiraslanlını vurur.

Zərbənin təsirindən G.Əmiraslanlı hadisə yerindən bir neçə metr kənara düşür. O, aldığı xəsarətlərdən dünyasını dəyişir.

Faktla bağlı Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. R.Məmmədov şübhəli şəxs qismində saxlanılıb.

Həmin görüntüləri təqdim edirik:
Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda ilk dəfə 4 tərəfli piyada keçidi təşkil edilib







Bərdə Rayonunda bədbəxt hadisə baş verib







Dumanlı hava şəraiti hökm sürəcək







Deputatlar bu gün nələri müzakirə edəcək?


Digər HADiSƏ xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az