Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



20 Sen
2019
02:30
834

20
Sen
02:30



"Sevilya"nın baş məşqçisi: "Gözlədiyim “Qarabağ”ı gördüm"

"Rəqib öz meydanında oynayırdı. Atmosfer də bizə çətinlik yaradırdı". 

Bunu İspaniyanın "Sevilya" klubunun baş məşqçisi Xulen Lopeteqi deyib. 

Avropa Liqasının qrup mərhələsinin ilk oyununda “Qarabağ”ın qonağı olan əndəlüs təmsilçisi Bakıda 3:0 hesablı qələbə qazanıb. Oyunsonrası mətbuat konfransında "Sevilya"nın 53 yaşlı çalışdırıcısı bildirib ki, hesabauyğun layiq oyun göstəriblər: "İlk qol hər şeyi dəyişdi və ondan sonra növbəti qolları vurmaq asanlaşdı. "Qarabağ"ın təcrübəli komanda olması hiss olunurdu. Üzərində işlənmiş komandadır. Gözlədiyim “Qarabağ”ı gördüm. Yetirmələrimdən hər hansı bir futbolçunu qeyd etmək istəməzdim. Komanda şəklində yaxşı bir kollektivə qalib gəldik".

O deyib ki, Çempionlar Liqasında Kiprin APOEL klubu ilə “Qarabağ”ın hər iki oyununu izləyib: “Qarabağ” onları yarışdan kənarlaşdıra bilərdi. Eyni zamanda, APOEL də “Ayaks”a qalib gələ bilərdi. Bu üzdən elə bir fərq deyə bilmərəm".

Təcrübəli mütəxəssis qrupun digər oyununda “Düdelanj”ın  APOEL-ə səfərdə 4:3 hesabı ilə qalib gəlməsinə də münasibət bildirib: "Futbolda təəccüblü heç nə yoxdur. Heç vaxt öncədən “qələbə qazanmışam” düşüncəsində olmamalısan".

X. Lopeteqi 10 ildən sonra “Qarabağ”a öz meydanında 3 qol vurmalarından da danışıb: "Bu statistika barədə məlumatım yox idi. APOEL-ə 0:2 hesabı ilə uduzduğu oyunda da “Qarabağ” kifayət qədər qol vəziyyətləri yaratmışdı".//APA

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Soyada baxaraq əcdadlarınız barədə nəsə öyrənmək mümkündür - NECƏ?







Koreya Respublikası Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib







Güləşçilərimiz Dünya Çimərlik Oyunlarında iki medal qazanıb







Yasamalda kafedən oğurluq edən şəxs saxlanılıb


Digər İdman xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az