Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



20 Sen
2019
05:00
525

20
Sen
05:00



Nərimanov rayonunda ictimai qaydanı pozan sərxoş şəxs cərimələnib

Bakı şəhər Baş Polis İdarəsi sentyabrın 18-də paytaxtın Nərimanov rayonunda sərxoş şəxsin dava salması ilə bağlı məlumatı araşdırıb.

Xeberoxu.az bildirir ki, İdarənin Mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev Trend-ə açıqlamasında bildirib ki, məsələ tam və hərtərəfli araşdırılıb: "“Facebook” sosial şəbəkəsində Elman Abbasov adlı istifadəçinin şəxsi hesabında “Mənim polisim məni qoruyur” başlığı altında, yaşadığı ünvanda baş verən münaqişəyə polisin müdaxilə etməməsi barədə paylaşım edib.

Vətəndaşın müraciəti üzrə Bakı şəhər Baş Polis İdarəsində aparılan araşdırma zamanı müəyyən edilib ki, sentyabrın 18-də saat 02:10 radələrində Nərimanov rayonunda, “Montin” bazarının arxasında yaşayan dostunun evinə qonaq gələn, 1993-cü il təvəllüdlü Sənan Yaqubov “orta dərəcəli alkoqol sərxoşluğu” vəziyyətində ictimai qaydanı pozduğuna görə, Nərimanov RPİ Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq 18-ci Polis Şöbəsinə aparılıb.

Əməlində inzibati xəta tərkibi olduğu müəyyən edilən vətəndaş barəsində İXM-nin 521-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq, 150 manat məbləğində cərimə olunub".

Xidmət rəhbəri bildirib ki, E.Abbasovun polislə bağlı qeydləri həqiqətə uyğun deyil, heç bir dəqiqləşdirmə aparmadan əsassız yazılıb.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Soyada baxaraq əcdadlarınız barədə nəsə öyrənmək mümkündür - NECƏ?







Koreya Respublikası Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib







Güləşçilərimiz Dünya Çimərlik Oyunlarında iki medal qazanıb







Yasamalda kafedən oğurluq edən şəxs saxlanılıb


Digər HADiSƏ xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az