# EVDƏQAL
# EVDƏQAL



21 May
2020
06:18
24890

21
May
06:18



Elnarənin sözləri Mətanəti qəzəbləndirdi - “Özünü hörmətdən salır”

Əməkdar artist Elnarə Abdullayevanın dediyi "Oğluma müğənni qız almaram" fikirləri ATV-də yayımlanan "7 canlı" axşam şousunda müzakirə olunub.

XeberOxu.Az oxu.az-a istinadən xəbər verir ki, sözügedən proqramda qonaq olan Əməkdar artist Mətanət İsgəndərli həmkarının fikirləri ilə razılaşmayıb, onu tənqid edib.

"Sözü ikimənalı şəkildə demək olar. O Elnarənin şəxsi fikridir. Bir var o fikirləri dilə gətirəndə alçaldıb deyirsən, bir də var ki, mövzunun üzərindən heç kimin xətrinə dəyməyərək, ehmalca keçirsən. Bir sözlə, nə şiş yansın, nə də ki kabab. Misal üçün gəlinim müğənnidirsə, heç zaman onu pisləmərəm. Lap heç müğənni olmasın, həkim olsun və ya hansısa bir digər peşənin sahibi. Elə insanlar tanıyıram, istəyir ki, onun gəlini məşhur xanım olsun və ya bəy istəyir ki, gözəl bir model xanımla evlənsin, ailə qursun.

Hərənin bir baxış bucağı var. Heç kimi pisləyib, gözdən salmaq olmaz. O da bir ailənin övladıdır, onu da bir ana dünyaya gətirib. İnsanın tərbiyəsi əxlaqından, daxilindən asılıdır. Belə fikirləri bir sahəyə aid etmək olmaz. Bu, tamamilə səhv düşüncələrdir. Əgər sən özün bu sənətdəsənsə, öz sənətinə hörmətlə yanaşmalısan. Başqalarını da çağırmalısan ki, sənin sənətinə hörmət etsinlər. Bu cür fikirlər söyləyən özünü hörmətdən salır. Əgər pisdirsə, o zaman niyə bu sənətə gəlmisən?".


Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Paytaxtda həyat yoldaşını liftdə öldürən kişi saxlanılıb







Bakıda “Hyundai” 61 yaşlı piyadanı vurdu







Sumqayıtda intihara cəhdin qarşısı alınıb







Mağazadan oğurluq edən Bakı sakini saxlanılıb


Digər Şou biznes xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.