Reklam     Haqqımızda     Əlaqə
 
       Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu
Media Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda Saytın Xəritəsi        RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
Haqqımızda   RU     



05 Fev
2023
00:15
613
05
Fev
00:15



Ermənilər Araz çayı üzərindən Türkiyə ilə sərhədin açılacağından qorxuya düşüb

On illər boyunca Türkiyə və Azərbaycana qarşı şər-böhtanlarından əl çəkməyən ermənilər indi də növbəti fitnə-fəsada əl atıblar. Belə ki, Armavir rayonunun Marqara kəndinin sakinləri Ermənistan-Türkiyə quru sərhədinin açılması ilə bağlı prosesdən bəhs edərək "təhlükəsizlik" sarıdan narahat olduqlarını söyləyirlər.

Xeberoxu.Az musavat.com-a istinadən bildirir ki, bu günlərdə Ermənistanı Türkiyə ilə birləşdirən Marqara körpüsündə müəyyən işlər həyata keçirilib. Erməni mediası əlavə edir ki, bundan sonra sakinlərin onların kəndindən sərhədin açılacağı ilə bağlı ehtimalları da əsaslı olub.

Bildirilir ki, Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin 2022-ci il iyulun 1-də Vyanada keçirilən dördüncü və indiyədək sonuncu görüşündə hava yüklərinin daşınmasına qoyulan qadağanın aradan qaldırılması, habelə quru sərhədinin vətəndaşlar üçün açılması barədə razılıq əldə edib. Proses nəticəsində 30 ildir bağlı olan Ermənistan və Türkiyənin quru sərhədlərinin də vətəndaşların gediş-gəlişi üçün açılacağı güman edilir. Hava yüklərinə qoyulan qadağanın aradan qaldırılması ilə bağlı razılaşma tamamlansa da, quru sərhədlərinin açılması prosesi hələ də davam edir. Bu istiqamətdə yaradılmış işçi qrupları fəaliyyət göstərir.

Məqalədə bildirilir ki, Sovet İttifaqı dövründə Marqara kəndinin yerində, 1960-cı illərdə Araz çayı üzərindən məşhur Marqara körpüsü, eləcə də nəzarət-buraxılış məntəqəsi tikilib, lakin keçid məntəqəsi istifadəyə verilməyib.

Erməni mediası yazıb ki, hökumət sərhədlərin açılmasının ölkə iqtisadiyyatına müsbət təsir edəcəyini iddia edir. "Margara sakinləri isə təhlükəsizlikdən qorxurlar, bir çoxları indi sərhədi açmağın vaxtı olmadığına inanır"-məqalədə bildirilir.


Xeberoxu.az

Məqalə:  
ANDROID əməliyyat sistemli smartfonlar
Bizimlə əlaqə saxlayın







Digər Siyasət xəbərləri


Xeberler 2022 və son xeberler 2022 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə








© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.