Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



14 Yan
2020
14:35
495

14
Yan
14:35



Ermənilər fiziki təzyiqlər göstərməklə azərbaycanlıları terrora məruz qoydular - 1988-ci il hadisələrinin canlı şahidi danışır

Tariximizin ən ağrılı, qaranlıq səhifələrindən biri də ermənilərin azərbaycanlılara qarşı apardığı etnik təmizləmə siyasətidir. Bu siyasət nəticəsində minlərlə soydaşımız erməni vəhşiliyinə məruz qalaraq doğma yurd-yuvalarını tərk etmək məcburiyyətində qalıb.

XeberOxu.Az-ın məlumatına görə, Həmin hadisələrə şahidlik edən Babək Cahandarov gördüyü erməni vəhşilikləri barədə Trend-ə danışıb.

Onun sözlərinə görə, əvvəlcə erməni quldur dəstələri polisin və rayon rəhbərlərinin nəzarəti və iştirakı ilə azərbaycanlıların evlərinə basqın edərək onların çıxıb getməsini tələb edirdilər:

“Daha sonra fiziki təzyiqlər göstərməyə, azərbaycanlıları sözün həqiqi mənasında terrora məruz qoymağa başladılar. Mən həmin vaxt ailəmlə birgə Krasnoselsk (Çəmbərək) rayonunun ucqar dağ kəndində yaşayırdım. Kəndimizin dörd bir yanı sıx meşələrlə əhatə olunmuşdu. Olduqca gözəl təbiəti, səfalı havası var idi.

Bir gün gecə vaxtı səs-küyə yuxudan ayıldım. Gördüm ki, anam qorxu içində pəncərəyə baxır. Pəncərəyə tərəf boylansam da kimisə görə bilmədim. Küçədə kənd itlərinin səsi eşidilirdi. Səhər olanda nə baş verdiyini öyrəndim. Kənd sakinləri danışırdılar ki, gecə kəndə ermənilər gəlmişdilər. Kimsənin duyuq düşməməsi üçün də maşını kəndin girəcəyində, qəbiristanlığın yanında saxlamışdılar. Görünür, ermənilərin məqsədi kənd camaatını qorxutmaq idi.

Anamın dediyinə görə, həmin gecə kimlərsə gah pəncərəni, gah da qapını döyürdü. Atamı səsləsə də atam bərk yuxuya getdiyindən ayılmayıb. Yaxşı ki, ayılmayıb. Ayılsa və çölə çıxsaydı, bəlkə də ermənilərin növbəti qurbanlarından biri olacaqdı. Bu hadisənin səhəri günü atam babamgildən ov tüfəngini gətirdi”.

B.Cahandarov daha bir hadisə haqqında da danışıb:

“Başqa bir hadisə isə əmimlə atamın başına gəlib. Həmin vaxt atamın qırmızı “Moskviç”i var idi. Rayondan kəndimizə qayıdanda maşının təkərlərindən biri deşilir. Atamla əmim təkəri dəyişmək üçün maşından düşürlər. Az sonra onlara bir neçə erməni yaxınlaşır və ermənicə nəsə deyir. Əmimin sözlərinə görə, başı ilə onlara hər şeyin qaydasında olduğuna işarə vurur - “Bizə yaxınlaşanda ermənicə nəsə dedilər. Vəziyyətdən başa düşdüm ki, kömək lazım olub-olmadığını soruşurlar. Mən də onlara başımı tərpədərək “yox” dedim. Yaxşı ki, başqa nəsə deməyib getdilər. Azərbaycanlı olduğumuzu bilsəydilər, yəqin bizi öldürərdilər. Çünki son vaxtlar vəziyyət daha da gərginləşmişdi və tez-tez azərbaycanlıların ermənilər tərəfindən öldürülməsi xəbərlərini eşidirdik”.

Bu hadisələrdən bir qədər sonra atam bizə başqa rayona gedəcəyimizi söylədi. Elə bildim ki, harasa qonaq gedirik, qayıdacağıq. Lakin bir daha kəndimizə qayıda bilmədik”.

Qeyd edək ki, 20-ci əsrdə Ermənistandan azərbaycanlıların sayca 3-cü, 1988-89-cu illər deportasiyası nəticəsində 220 mindən artıq azərbaycanlı erməni vəhşiliyinə tab gətirə bilmədiyindən doğma yurd-yuvalarını tərk edib.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Nərminin qatilinə qarşı yeni ittiham irəli sürüldü







Xırdalanda maşın iki şagirdi vurdu - Qəza anının videosu







Məzahir Pənahov seçkilərdə iştirak edən partiyalara müraciət edib







Elmar Məmmədyarov: Çili ilə ikitərəfli və çoxtərəfli dialoq inkişaf edir


Digər Siyasət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə
(012) 436-28-31
(051) 660-40-00



info@xeberoxu.az



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.