24 Iyul
2020
11:46
8123
24
Iyul
11:46



Ermənistan İsrailin enerji təhlükəsizliyinə təhdiddir

Erməni tərəfinin təxribatı nəticəsində Azərbaycan-Ermənistan sərhədində baş vermiş toqquşmalar müxtəlif rakurslardan təhlil edilməkdədir.

XeberOxu.Az-ın məlumatına görə, son illərdə Ermənistanın ölkəmizin sərhəd toxunulmazlığına qarşı hərbi fəaliyyətində aktivləşmə müşahidə olunur. Unutmaq lazım deyil ki, ölkənin Şimal-Qərb bölgəsi və əsasən də Tovuz rayonu Azərbaycanın strateji əhəmiyyətli nəqliyyat və enerji layihələrinin keçdiyi marşrut üzərində yerləşir. Daha dəqiq desək, Bakı-Tbilisi-Ceyhan neft ixrac boru kəməri məhz Ermənistanın təxribat törətdiyi bölgədən keçməkdədir. Bu kontekstdə Ermənistanın son davranışları enerji layihələrinin gələcəyini təhlükə altına salır.

Eyni zamanda toqquşmalar Azərbaycanın enerji məhsullarının əsas alıcıları olan ölkələrin də enerji təhlükəsizliyinə təhdid yaradır. Nümunə olaraq, Azərbaycanın siyasi, iqtisadi və hərbi nöqteyi-nəzərdən strateji tərəfdaşı olan İsrail dövlətini göstərə bilərik. Dövlət Gömrük Komitəsinin statistik məlumatına əsasən, 2019-cu ildə həcminə görə Azərbaycandan ən çox neft idxal edən ikinci ölkə İsrail olub . Azərbaycan neftinin əsasən Bakı-Tbilisi-Ceyhan neft ixrac boru kəməri vasitəsi ilə İsrailə tədarükü həyata keçirilir. Nəticədə, Ermənistanın məsuliyyətsiz və provokativ davranışları İsrail-Azərbaycan əlaqələrinə, eləcə də İsrailin enerji təhlükəsizliyinə təhlükə yaratmış olur. Son dövrlərdə Ermənistan siyasi rəhbərliyi İsrail dövləti ilə əlaqələri genişləndirmək niyyətində olduğunu açıq şəkildə bildirir və bu il Təl-Əviv şəhərində Ermənistanın səfirliyinin açılması planlaşdırılır. Lakin dost və tərəfdaş İsrail dövləti anlamalıdır ki, Ermənistan hərbi avantüralarını gerçəkləşdirmək məqsədi ilə, diplomatik münasibətlər qurmağa çalışdığı İsrailin enerji siyasətini təhlükə altına qoya bilər. Beləliklə, Ermənistanın sərhəd bölgələrdə yaradacağı istənilən hərbi toqquşma, dost İsrail dövlətinin enerji tədarükünə təhdid təşkil edir və İsrailin qeyd olunan istiqamətdə Ermənistanın həmlələrinə daha diqqətli olması gərəkməkdədir.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Siyəzəndə dağlıq və dağətəyi ərazidə baş vermiş yanğın söndürüldü







Yasamalda çoxmərtəbəli yaşayış binasında yanğın olub







Füzulidə partlayış: ANAMA baxış keçirdi







Göyçayda üçotaqlı ev yanıb


Digər Xarici İqtisadiyyat xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.