Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



14 Yan
2020
19:40
384

14
Yan
19:40



Ermənistan regional və beynəlxalq layihələrdən kənarda qalıb, sosial-iqtisadi sahəsi tamamilə çöküb

Ermənistanın baş naziri Nikol Paşinyanın bir müddət əvvəl ölkəsinin iqtisadi cəhətdən guya Azərbaycandan irəliyə keçməsini iddia etməsi nəinki onun ölkəsində, eləcə də bir sıra beynəlxalq siyasi dairələrdə istehza ilə qarşılandı. O cümlədən, belə bir yalançı iddia ümumiyyətlə onun get-gedə aşağı düşən reytinqinə ağır zərbə vurdu.

XeberOxu.Az-ın məlumatına görə,  Bunu  açıqlamasında “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına dair keçirilən müşavirədə dövlət başçısının Ermənistanla bağlı fikirlərini təhlil edərkən deyib.

Ekspertin sözlərinə görə, Azərbaycan bütün cəhətlərdən Ermənistanı üstələyib və işğalçı ölkənin dövrünü yaşaması onun hətta uzun illər ötsə belə, bizi keçmək şansına sahib ola bilməyəcəyi gözlər önündədir. Cənab İlham Əliyev çıxışında xatırladıb ki, Azərbaycan ali liqada, Ermənistan isə üçüncü liqadadır və getdikcə bu fərq daha da böyüyəcək. Əlbəttə, təkcə bu fərqdən də görünür ki, heç bir iqtisadi imkanları olmayan, əhalisinin sosial-rifah halı günü-gündən pisləşən, ordusunda özbaşınalıqlar olan bir ölkənin inkişaf etmək şansları sıfıra bərabərdir. Bu baxımdan, dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan Ermənistanı bütün əsas parametrlər üzrə böyük fərqlə qabaqlayır. Bütün bu kimi uğursuzluqların təməlində dayanan daha bir reallıq Ermənistanın işğalçılıq siyasəti yürütməsi, bu siyasətindən əl çəkməməsidir”,

B.Quliyev əlavə edib ki, həmin yanlış siyasətin sübutudur ki, Ermənistan istər regional, istərsə də beynəlxalq layihələrdən kənarda qalıb, sosial-iqtisadi sahəsi digər sahələrdə olduğu kimi tamamilə çöküb: “O cümlədən, Ermənistanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq, təcavüzkar ölkənin ordusu ciddi karroziya dövrünü yaşayır, kəskin hərbi-siyasi deqradasiyaya sürüklənir. Prezident İlham Əliyev cənabları bu faktı da xatırlatmaqla həmin sübutu rəqəmlərə də göstərib. Belə ki, dünyanın ən güclü orduları reytinqində Azərbaycan 52-ci, Ermənistan isə 96-cı yerdədir. Yəni fakt budur ki, Ermənisan heç güclü ordular sırasında da yer almayıb və ümumi sıralamada autsayderlik edir. Bunun isə daha bir isbatı Azərbaycanın iqtisadi potensialının dinamik artımı və bu potensialın hərbi-müdafiəyə, hərbi sənayeyə də müsbət təsirlər göstərməsidir. Ümumiyyətlə, ölkəmizin silah aresnalının yüksək keyfiyyətə malik olması, dünyanın ən müasir silahlarla təchizatı amili, həmçinin hərbçilərimizin hərbi-hazırlıq standartlarının ali üstünlüyə malikliyi qeyd edilən fikirləri tamamlayır”.

Baş redaktor Prezident İlham Əliyevin Ermənistanın siyasi baxışlarının birbaşa faşizm maraqlarına söykəndiyini də xatırladaraq deyib ki, ötən əsrin əvvəllərində yaranan erməni respublikası yarandığı gündən qonşularına qarşı təcavüzkar mövqe sərgiləyib: “Bunu müşavirədə Prezident İlham Əliyev cənabları da vurğulayıb və sübut kimi, Azərbaycan faşizmin qəhrəmanlaşdırılmasına qarşı ardıcıl mübarizə apardığını, Ermənistanın isə faşistləri qəhrəmanlaşdırmasını göstərib. Ölkə başçımız Ermənistanın əsrlər boyu qonşulara xor gözlə baxdığını, qonşulardan nəsə qoparmaq istədiyini, onların torpağına iddia etdiklərini, tarixini və tarixi abidələrini isə saxtalaşdırdığını, süni şəkildə özününküləşdirdiyini xatırladıb. Ona görə də, indi belə bir ağır, çıxılmaz vəziyyətdə çabalayır. Bu səbəbdən, cənab İlham Əliyev onu da qeyd edib ki, Ermənistan bu gün Azərbaycanın səyləri nəticəsində siyasi, iqtisadi, investisiya, enerji və nəqliyyat dalanına sxılıb. Paşinyanın sərsəm iddialarına gəlincə isə onun gətirdiyi rəqəmlər nağıl və əfsanədir. Hər halda, erməni baş nazir bu kimi iddiası ilə həm özünü, həm də ölkəsini kifayət qədər ələsalınmaq vəziyyətinə gətirib”.


Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Nərminin qatilinə qarşı yeni ittiham irəli sürüldü







Xırdalanda maşın iki şagirdi vurdu - Qəza anının videosu







Məzahir Pənahov seçkilərdə iştirak edən partiyalara müraciət edib







Elmar Məmmədyarov: Çili ilə ikitərəfli və çoxtərəfli dialoq inkişaf edir


Digər Siyasət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə
(012) 436-28-31
(051) 660-40-00



info@xeberoxu.az



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.