XEBEROXU.AZ
Reklam     Haqqımızda     Əlaqə
 
       Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu
Media Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda Saytın Xəritəsi        RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ   RU     



22 Avq
2022
02:00
927
22
Avq
02:00



FIG Atletlər Komissiyasının üzvü Siyana Vasileva ölkəmizi Avropa Forumunda təmsil edib

Almaniyanın Münhen şəhərində təşkil edilən qarışıq idman növləri üzrə Avropa çempionatı çərçivəsində avqustun 19-dan 21-dək Avropa Atletlərinin Gənc Liderlərinin Forumu keçirilib.

Xeberoxu.Az xəbər verir ki, 6 gimnastika növünün (bədii gimnastika, aerobika gimnastikası, akrobatika gimnastikası, kişi və qadın idman gimnastikası, batut gimnastikası) təmsil olunduğu Forumda müxtəlif idman növləri üzrə ümumilikdə 130 gənc atlet iştirak edib.

Tədbirdə ölkəmizi Avropa Gimnastikası tərəfindən bədii gimnastika üzrə seçilən Azərbaycan yığma komandasının məşqçisi, Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Atletlər Komissiyasının üzvü Siyana Vasileva təmsil edib.

Forum çərçivəsində tədbirə dəvət olunan qonaqlar tərəfindən bacarıqların inkişaf etdirilməsi üzrə seminar keçirilib, gənc liderlərin layihələri təqdim edilib, görülən işlərin nəticələri ilə bağlı fikir mübadiləsi və qrup müzakirələri aparılıb.


Xeberoxu.az

Məqalə:  
ANDROID əməliyyat sistemli smartfonlar
Bizimlə əlaqə saxlayın







Digər İdman xəbərləri


Xeberler 2022 və son xeberler 2022 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(051) 660-40-00

infoxeberoxu@gmail.com





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.