Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



09 Noy
2019
06:00
279

09
Noy
06:00



Filarmoniyada Yalçın Adıgözəlovun 60 illiyinə həsr olunmuş konsert keçirilib

Noyabrın 8-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Xalq artisti Yalçın Adıgözəlovun 60 illiyinə həsr olunmuş konsert keçirilib.

XeberOxu.Az-ın məlumatına görə, konsertdə Yalçın Adıgözəlovun dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib. 

Konsertdən əvvəl çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, belə gözəl gündə bu möhtəşəm mədəniyyət ocağında Yalçın Adıgözəlovun yaradıcılığına nəzər salmaq olduqca xoşdur. O, dirijoru yubileyi münasibətilə təbrik edib və Azərbaycan Prezidenti İlham Əliyevin Yalçın Adıgözəlovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncamını oxuyub. Nazir bildirib ki, bu Sərəncam dövlətimizin başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən mədəniyyətimizə, musiqimizə göstərilən diqqət və qayğının göstəricisidir.

Daha sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun Yalçın Adıgözəlova təbrikləri çatdırılıb.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov bildirib ki, mədəniyyət ocağı olan filarmoniya hər zaman azərbaycanlıların qəlbinə doğma olub. Bu səhnədə möcüzələr baş verib, görkəmli sənətkarlar insanların qəlbini fəth edib. Bildirib ki, Yalçın Adıgözəlovdan əvvəl bu səhnədə onun babası Zülfü Adıgözəlov çıxış edib. Qeyd edib ki, Yalçın Adıgözəlovu xalqa yaxın edən onun mükəmməl məktəb keçməsi və ömrünün iyirmi ilini pedaqogikaya həsr edərək öz davamçılarını yetişdirməsidir.

Konsert zamanı Dmitri Şostakoviçin “Bayram uvertürası”, Asəf Zeynallının “Ölkəm”, Vasif Adıgözəlovun “Qərənfil”, Moris Ravelin “Dafnis və Xloya” baletindən 2 nömrəli süita və digər simfonik musiqilər səsləndirilib.

Çıxışlar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.


 

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda tuneldə qəza: yük maşını belə aşdı - ANBAAN VİDEO







Bu qəsəbədə su olmayacaq







Gecə Bakıda 15 yaşlı qızı döyərək xəstəxanalıq etdilər







Psixoloqlar diaqnostik qiymətləndirilmədən keçəcək - Dekabrda


Digər Mədəniyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az